Dollar satanlarla bağlı inzibati xəta nəzərdə tutulub
20:34 22.01.2016
Arxiv
987
“Tutaq ki, işbazların əlində 1000 dollar valyuta tutularsa, 30 faizindən 70 faizinə qədər cərimə tətbiq edilə bilər”
"Dolların "qara bazar”ının formalaşdırılması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğulluq kimi dəyərləndirilə bilər”.
Bu sözləri "Şərq”ə "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. Ekspertin qənaətincə, valyutadəyişmə fəaliyyəti ilə məşğul olunursa, bu, bank fəaliyyətinin bir növüdür: "Bank fəaliyyəti ilə məşğul olursansa, lisenziya almalısan. Lisenziya almadan sahibkarlıq fəaliyyətilə məşğul olmaq doğru deyil. Həmin şəxslər gəlir əldə edirlər. Ona görə də, onlara qarşı, qanunsuz sahibkarlığa görə, cinayət işi qaldırıla bilər. Hüquq-mühafizə orqanları onları bu cür tövsif edə bilər”.
Müsahibimiz diqqətə çatdırıb ki, bu məsələyə dair İnzibati Xətalar Məcəlləsinin 222.1 ci maddəsi var və orada valyutanın tənzimlənməsi qaydalarının pozulmasından söhbət gedir: "Burada valyuta sərvətlərinin satılması və dəyişdirilməsi ilə bağlı predmetin 30 faizindən 70 faizinə qədər cərimə edilməsindən söhbət gedir. Tutaq ki, həmin işbazların əlində 1000 dollar valyuta tutularsa, 30 faizindən 70 faizinə qədər cərimə tətbiq edilə bilər. Bu, cinayət məsuliyyəti deyil, inzibati xətadır. Cinayət məsuliyyəti odur ki, qanunsuz sahibkarlıqla məşğuldurlar. Qanunda valyuta sərvətlərinin alqı-satqısı ilə bağlı inzibati xəta nəzərdə tutulub. Amma eyni zamanda qanunverici orqan cinayət məcəlləsində qanunsuz sahibkarlıq barədə həmin fəaliyyəti də tənzimləyə bilər. Çünki gəlir əldə etmə faktı var. Belə olan halda həmin şəxsi qanunsuz sahibkarlıq fəaliyyətinə görə məsuliyyətə cəlb etmək mümkündür. Çünki lisenziya olmadan, gəlir əldə edilir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət