Dollar ucuzlaşdı

Sabaha olan məzənnə açıqlanıb





Azərbaycan Mərkəzi Bankı (AMB) dolların manata qarşı sabaha olan məzənnəsini açıqlayıb.
AMB-dən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 27-də USD/AZN rəsmi məzənnəsi 1,6050 səviyyəsində müəyyən olunub. Dollar manat qarşısında ötən günlə müqayisədə bir qədər də ucuzlaşıb.
Dollar bu gün 1,6052 manata bərabər olub. Yanvarın 25-də isə USD/AZN rəsmi məzənnəsi 1,6054 idi.
Avrozonanın vahid valyutası olan avro isə az da olsa bahalaşıb - 1.7418 manat. Rusiya rublunun dəyəri isə 0.0201 manata enib.