Donmuşdu, 13 gün sonra dirildi







ABŞ-da donaraq öldüyü deyilən gənc həkimlərin hazırladığı şorbaların köməyi ilə 13 gün sonra dirilib.

Mütəxəssislər donan insanların günlər sonra belə həyatlarının xilas ola biləcəyini açıqlayıblar. Pensilvaniya ştatının Treskov qəsəbəsində donmuş halda tapılan və həkimlərin müdaxiləsi nəticəsində 13 gün sonra oyanan Castin Smit "Yuxudan oyanmış kimiyəm, lakin yuxu deyildi” deyə açıqlama verib.

Smit bir əyləncə məkanından evə qayıdarkən yolda donmuş, sonra atası tərəfindən tapılmışdı. İlkin əlamətlər 12 saat qar altında qalan gəncin öldüyünü göstərib. Lakin həkimlərin uzunmüddətli səyləri nəticəsində Castin yenidən həyata qayıdıb.