“Donuz qripi” hələ aşkarlanmayıb
21:20 21.01.2016
Arxiv
613
Səhiyyə Nazirliyi məktəblərdə dezinfeksiya işlərinə başlayacaqlarını bildirir
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın məlumatın görə, Azərbaycanda indiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb, hazırda ölkədə "donuz qripi” ilə bağlı heç bir təhlükə yoxdur.
Nazirlik sözçüsü bildirib ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında "donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.
L.Bayramova "donuz qripi” ilə əlaqədar laborator müayinələrin aparılması üçün bütün şəraitin, kifayət qədər test ehtiyatının, diaqnostika imkanlarının olduğunu söyləyib.
Prosesə ilk olaraq iri şəhər məktəblərindən başlanılacaq
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov isə deyib ki, məktəblər "donuz qripi” virusuna qarşı dezinfeksiya oluna bilər. Onun sözlərinə görə, proses
ilk olaraq iri şəhər məktəblərindən başlanılacaq: "Lazım gələrsə, "donuz qripi” təhlükəsi ilə əlaqədar 2009-cu ildə olduğu kimi, bu il də ümumtəhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq”.
V.Qasımov bildirib ki, əgər hansısa məktəbdə "donuz qripi” ( H1N1) virusuna yoluxma ilə bağlı şübhəli hal yaranarsa, həmin məktəbdə dərhal dezinfeksiya işləri aparılacaq: "Əlbəttə ki, bu işlər dərsə mane yaratmasın deyə şənbə, bazar günləri aparılacaq. Prosesə ilk olaraq iri şəhər məktəblərindən başlanılacaq, çünki şəhərlərdə insan sıxlığı daha çox olur. Onu da qeyd edim ki, bütün bu tədbirlər ölkədəki epidemioloji vəziyyətə əsasən həyata keçiriləcək”.
Sektor müdiri hazırda ölkəmizdə "donuz qripi” ilə bağlı epidemioloji vəziyyətin stabil olduğunu və bu günə qədər heç bir təhlükənin aşkarlanmadığını qeyd edib: "Yenə də mütəmadi olaraq şübhə doğuran şəxslərin müayinələri aparılır. Hələ ki, bütün nəticələr müsbətdir. Heç bir yoluxma halı qeydə alınmayıb”.
Virusa yoluxduqda isə mütləq yataq rejimi olmalıdır
Həkim-terapevt Məlahət Abbasova isə xəstəliyin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyin vacib olduğunu qeyd edib: "Bütün xəstəliklərdən, o cümlədən "donuz qripi” virusundan müdafiə olunmaq üçün ilk növbədə orqanizmin immun sistemi gücləndirilməlidir. İmmun sistemini ən çox möhkəmləndirən isə C vitaminidir. Təbii ki, bu vitaminlər qida qəbulu ilə orqanizmə daxil olanda daha faydalı olur. Tərkibi C vitamini ilə zəngin olan portağal, narıngi, kivi, soğan, sarımsaq kimi meyvə-tərəvəzlərdən istifadə etmək çox vacibdir. Lakin bu elə bir virusdur ki, gərək bir çox tədbirlər kompleks şəklində həyata keçirilsin. Qidalanmadan sonrakı mərhələ qoruyucu tədbirlərin həyata keçirilməsidir. Epidemiya zamanı qoruyucu maskalardan mütləq istifadə etmək, ictimai yerlərdə diqqətli olmaq lazımdır. Uşaq və böyüklər üçün xüsusi burun məlhəmləri var. Məsləhətdir ki, valideynlər bu məlhəmləri daima yanlarında gəzdirsin. Çünki məlhəmlər burunla gələn virusları birbaşa zərərsizləşdirmək qabiliyyətinə malikdir”. Həkim-terapevtin sözlərinə görə, insanın immun sistemi çox zəifdirsə və qidalar müsbət təsir etmirsə, həmin şəxslər orqanizmi gücləndirən iynə və dərmanlardan istifadə etməlidir: "Bədənin immun sistemi nə qədər güclü olarsa, viruslar da bir o qədər təsirsiz olur. Lakin zəiflik insanın xəstəliyə müqavimətini öldürür. Virusa yoluxduqda isə mütləq yataq rejimi olmalıdır. Xəstə olan evin havası tez-tez dəyişilməlidir. Antivirus şamlardan, dərman preparatlarından istifadə olunmalıdır. Virusa yoluxan şəxs isti və sulu yeməklər yeməli, çoxlu maye qəbul etməlidir. Həmçinin şəxsi gigiyena qaydalarına və həkim məsləhətlərinə nizamlı qaydada riayət olunmalıdır”.
Qeyd edək ki, Gürcüstan, Türkiyə, İran, Ermənistan kimi qonşu ölkələrdə yayılan "donuz qripi” xəstəliyi yüzlərlə insanın ölümünə səbəb olub. "Donuz qripi” donuzlarda bütün il boyu özünü büruzə verə bilər. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma "quş qripi”ndən fərqli olaraq, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları sıx-sıx müşahidə olunmur.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət