“Dövlət məmuru parlament seçkisində Qazax müxalifətinə maliyyə ayırıb”
21:30 11.12.2015
Arxiv
1198
Elxan Həsənli: “Hər kəs belə vəziyyətə dözə bilməz”
Müsavat Partiyasında "yarpaq tökümü” davam edir. Təşkilatın İsveçrədə yaşayan daha bir üzvü, azərbaycanlı jurnalist Elxan Həsənli təşkilatın sıralarını tərk edib. Şübhəsiz ki, onun istefa səbəblərinə dair müxtəlif iddialar dolaşmaqdadır. Kimi bunu E.Həsənlinin təşkilat sədrliyinə keçmiş namizəd Qubad İbadoğlu tərəfdarı olması və təşkilatın 2015-ci ildə baş tutan parlament seçkilərini boykot etməsi, kimi isə təşkilatda hazırkı başqan Arif Hacılının fəaliyyətinə etirazı ilə izah edir.
Məsələni dəqiqləşdirmək məqsədilə E.Həsənlinin özü ilə əlaqə saxladıq. O, "Şərq”ə müsahibəsində bildirdi ki, parlament seçkiləri öncəsi özünü müxalifətçi sayan bir çox insanların təxribatları ilə üzləşib: "Bunların arasında məmurlar da var. Onların kimliyini bilsəm də, hələlik açıqlamaq istəmirəm. Onlara da sıra gələcək. Bir neçə reket qəzet və saytlarda haqqımda iftira, böhtanlar yaymağa başladılar. Xaricdə yaşamağımı "vətənə xəyanət” kimi qələmə verməklə, nəyə nail olmaq istədiklərini başa düşə bilmirdim. Bir müddət sonra bu prosesin sifariş olduğunu öyrəndim. Sifariş edən də deputatlığa namizədliyini irəli sürənlərdən biriydi. Dövlət məmuru olsa da, müxalifətçilərə maliyyə ayırmışdı, bir çox şəxsləri də bu yolla ələ alıb mənə və qardaşıma iftira atmağa başladılar. Gah "vətənə xəyanət edib” dedilər, gah da "narkoman” adlandırdılar. Bu cür iftiraları da sosial şəbəkədə Müsavat Partiyasının Qazax rayon təşkilatının sədri və özünü "müstəqil " sayan bir neçə şəxs yayırdı. Hərçənd mən bəyanat verəndən sonra tez-tələsik səhifələrindəki bu iftiraları siliblər. Ancaq onların hamısını arxivləşdirib sübut kimi saxlamışam. Əvvəl etiraz etdim, xəbərdarlıq göndərdim, səbrlə gözlədim ki, bəlkə bir sağlam düşünən adam tapılacaq Müsavat Partiyasının rəhbərliyində, təşkilat sədrinə mədəniyyət öyrədəcək. Təəssüf ki, bütün gözləntilərim boşa çıxdı. Bir nəfər tapılmadı ki, bu ləyaqətsizliyə son versin. Bu vəziyyət partiyanın acınacaqlı durumda olduğuna bir nümunədir. Bir növ qurumda əxlaq problemi yaranıb. Məsuliyyətsiz adam hər zaman ağzına gələni danışır, bu gün belələri Müsavatda aparıcı qüvvədir. Kim xoşlarına gəlmir, həmin adamı ləkələməyə başlayırlar”.
- Sizdən öncə də təşkilatdan ayrılanlar oldu. Bunlar nədən irəli gəlir?
- Məncə, təşkilatdakı problem plüralizmlə bağlıdır. Digər tərəfdən bu istefaların əsası çox-çox əvvəldən qoyulub. Partiyanı idarə etmək üçün onu qruplara bölməyin son nəticəsi də parçalanmadır. Bizim siyasətçilərin çoxu özünü demokrat sayır, ancaq əməllərinə baxanda, yaxından tanıyanda iç üzlərini görürsən.
- Bir vaxtlar təşkilatın öyündüyü ziyalılar da istefa verirlər. Bu nədən qaynaqlanır?
- Yəqin ki, onlar da eyni problemlərlə üzləşiblər.
- Bunu partiyanın son müşavirəsi ilə əlaqələndirirlər. Bu doğrudurmu?
- Mən xeyli müddətdir partiyayla maraqlanmıram, müşavirədən də xəbərim yoxdur.
- İddia olunur ki, Arif Hacılı qurum daxilində demokratik normal mühit yaratmağa qadir deyil. Bu, doğru yanaşmadırmı?
- Dediyim kimi, mən yalnız kənardan qiymət verə bilərem, daxildə nələrin olduğunu bilmirəm. Kənardan görünən də budur ki, partiyada elementar davranış qaydalarına əməl olunmur, dünən təriflədikləri şəxsləri bu gün alçaqcasına aşağılayırlar, ləkələyirlər. Belə vəziyyətə heç kim dözməz. Partiyada bir xaotik vəziyyət yaranıb. Müsavat rəhbərliyi parlament seçkilərini boykota gedir, Qazax təşkilatının sədri hakim partiyanı dəstəkləyən namizədi sosial şəbəkədə, açıq-aşkar
təbliğ edir. Bunu partiyanın lideri də görür, başqanı da. Qazax təşkilatının sədri dolayısıyla seçkidə iştirak edir və başqanı da bunu görüb heç bir şey demirsə, bu, nə idarəçilikdi? Bunun da bir adı var: xaos.
- Deyirlər ki, bu təşkilatda gənclərə imkan vermirlər. Sizcə, bu doğrudurmu?
- Partiya siyasi məktəbdir, rəhbərlik gənc kadrları yetişdirmək gücündə olmalı, onlara seçicilərlə düzgün davranmağı öyrətməlidir. Bu gün partiyada gənc kadrların hazırlanmasını qoyuram bir kənara, təşkilat sədrləri təşkilat üzvləriylə belə düzgün davranmırlar. Gənclərin bir qrupu ayrıca blok yaradıblar, görünür, onlar öz istəklərini partiyada reallaşdıra bilmirlər, bu üzdən de-fakto partiyadan ayrılıblar. Bu da partiyada plüralizmin axsadığına bir nümunədir. Bir partiyada fikir müxtəlifliyinə yer yoxdursa, orada plüralizmə də yer yoxdur, gənclərə də.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel
15:49 12.03.2026
Gündəm
Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır
15:41 12.03.2026
Dünya
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət