Döyülən aktyor üçün təcili yardım çağrılıb - Vəziyyəti ağırdır

Elçin Hacılı təcili yardım həkimlərinin nəzarətindədir



İrəvan teatrında son günlər yaşanan gərginlik bu gün pik həddinə çatıb. 

Teatr rəhbərliyi ilə bir qrup aktyorlar arasında yaranan soyuq müharibə teatr daxilində qruplaşmalara səbəb olub. Teatrın direktoru İftixar Piriyevin qruplaşmasına daxil olan bir qrup xanım aktrisa həmkarları Elçin Hacılını təhqir etməklə kifayətlənməyib ona psixoloji təsir etməyə çalışıblar. Elçin Hacılı otağa salınaraq qüstünə qapı bağlanıb, nəlayiq ifadələrlə təhqirə məruz qalıb. Hətta onların sosial şəbəkədə görüntüləri də yayılıb. Görüntüdən də məlum olur ki, Sevinc adlı aktrisa E.Hacılı təhqir etməklə kifayətlənməyib və öz davranışlarına haqq qazandırmağa çalışıb. Teatrın bəzi aktyorlarından aldığımız məlumata görə, hazırda E.Hacılının vəziyyəti pisləşdiyindən təcili yardım çağırılıb. Bu saatlarda E.Hacılı təcili yardım həkimlərinin nəzarətindədir.

Məlumat üçün bildirək ki, teatrda baş verən qalmaqal zamanı teatrın direktoru İftixar Piriyev öz iş otağında olub və bu rüsvayçılığa rekasiyasız qalıb. 

Qeyd edək ki, hadisə ilə bağlı bu saatlarda "Şərq"ə teatrın aktyoru Əjdər Zeynalov tam təfərrüatı ilə məlumat verəcək.

Tahirə