DTX: Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili və akkauntu mövcud deyil
15:29 22.01.2019
Arxiv
595
Sosial şəbəkələrdə, o cümlədən "Facebook"da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə aid olduğu bildirilən saxta səhifələrin yaradılmasına cəhdlər müşahidə olunur.
"Report"un məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi bununla əlaqədar bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili və akkauntu mövcud deyil!
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış bütün səhifələr saxtadır!
Bir daha diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır!
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi "Facebook”, "Twitter” və "Youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə