Dünya alimlərinin gözlədiyi an: “Qara Dəlik” təqdim edildi - Fotolar

Brüssel, Avropa Komissiyasının mənzil-qərargahında Avropa Araşdırma Şurası və "Event Horizon” Telescope layihəsi çərçivəsində astrofiziklər M87 galaksisinin mərkəzində, Günəşin kütləsindən 6 milyard dəfə çox olan nəhəng bir Qara Dəlik təqdim ediblər.
"Sherg.az” Fransanın "sciencesetavenir.fr”ə (elm və gələcək) istinadən xəbər verir ki, cənub qütbündən tutmuş İspaniya, ABŞ, Meksika, Çili və Fransaya qədər ərazidə yerləşdirilmmiş 8 teleskop Qara Dəlik haqda unikal məlumatları toplayaraq tarixdə ilk dəfə olaraq dünya ictimaiyyətinə bu əsrarəngiz fotonu nümayiş etdi.
Anlaşılan o oldu ki, nümayiş etdirilən foto "Hadisələr Üfüqü"nün mövcudluğunu sübut etdi və bu da Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin doğruluğunu isbatladı. Ən azından məlum oldu ki, Yerdən 53.5 milyon işıq ili uzaqlıqda Samanyolunun ortasında Qara Dəlik var və insanoğlu onun fotosunu çəkə bilir.
Bundan başqa xəbərdə qeyd olunur ki, Qara Dəliyin ilk fotosu hələ 40 il bundan öncə-1979-cu ildə çəkilib və nəzəri cəhətdən təqdim olunub.
1979-cu ildə atrofizik Jan – Pyer Lümine Qara Dəyilin mövcudluğunu təsdiq edən foto nümayiş etdirib. Amma bütün tədqiqatçılar məhz 2019-cu ilin 10 aprel saat 15:00 tarixini səbirsizliklə gözləyirdilər. Hətta Brüsseldə keçirilən məlum konfrans zamanı natiqlər bu layihənin maliyyələşməsinin vacibliyini qeyd ediblər. Və bildiriblər ki, bundan sonra beynəlxalq elmi əməkdaşlığı gücləndirmək və elmi araşdırmalarda azadlığın üfüqlərini genişləndirmək lazımdır.
Yazıda o da qeyd olunur ki, 40 il bundan oncə bu Qara Dəliyin mövcudluğu insanlara təəccüblü gəlirdi. Onlar bunu bəzən uydurma elmi film adlandırırdılar. Amma alimlər gözlənilən riyazi təsiri izləyərək onun mövcudluğuna inanıblar. Hazırkı fotodan sonra isə alimlər həqiqətən də belə bir səma ulduzununun mövcudluğuna əmin olublar. Alimlərdən biri bu Qara Dəlik haqqında bunları deyil:
Biz riyazi bir aləti fiziki bir obyektə çevirə bildik. Hazırda onu ölçə, müşahidə edə və yoxlaya bilirik.
Tərcümə etdi: Ayyət Əhməd