Dünya bu ananı danışır! Körpəsini, öləcəyini bildiyi halda doğdu

ABŞ-da yaşayan Krysta Davis çox çətin bir qərar verdi və öləcəyini bildiyi körpəsini dünyaya gətirdi. Bunun səbəbi isə orqan gözləyən digər körpələrə dəstək olmaq idi. 
"Mirror" qəzetində yer alan xəbərə görə, Davis cütlüyü körpələrinin beyninin bir qisiminin olmayacağını öyrəndilər. Digər orqanları isə möhkəm idi. Bu səbəblə ana, körpəsini doğmaq istədi. Cütlüyün Rylei adını verdikləri bir körpələri oldu. Lakin  körpə yalnız 1 həftə yaşaya bildi. Orqanları isə başqa iki körpəyə həyat verdi. Körpənin ağciyəri də bir araşdırma vəqfinə göndərildi.
 
Turan