Dünya mediası hərbi paraddan yazdı
08:31 29.06.2018
Arxiv
493
Nüfuzlu nəşrlər diqqəti Prezident İlham Əliyevin çıxışına yönəldib
Dünya mediasının diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Bunun səbəbi iyunun 26-da Azərbaycan Ordusunun 100 yaşını hərbi paradla keçirməsidir. Parad zamanı ən müasir texnika, hərbi hava qüvvələri vasitələrinin nümayişi, ümumilikdə tədbirin təşkilatçılığı dünya mediasının diqqət mərkəzində olub. Parada ən çox diqqət ayıran qardaş ölkə Türkiyənin mətbuat orqanları olub.
"CNN Türk”də dərc edilən "Azərbaycan Ordusunun 100 illiyi qeyd olunur” başlıqlı məqalədə parada qatılan xarici ölkə nümayəndələrinin adları qeyd olunub. Vurğulanıb ki, tədbir Prezident İlham Əliyevin hərbi paradda iştirak edən şəxsi heyəti salamlaması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb:
"Dövlət başçısı İlham Əliyev paraddakı çıxışında ölkə torpaqlarının bir hissəsinin Ermənistanın işğalı altında olduğunu, müharibə şəraitində yaşadıqlarını xatırladıb, bu üzdən də ordunun gücləndirilməsinə xüsusi diqqət ayırdıqlarını bildirib. Bu gün əsas vəzifələrinin ölkənin ərazi bütövlüyünü təmin etmək olduğunu vurğulayan İlham Əliyev deyib ki, "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və buna görə də Azərbaycan işğalla heç vaxt barışmayacaq”.
"Star” qəzetində dərc edilən "Milli qürurumuz Azərbaycanda” başlıqlı məqalədə türk təyyarələrinin Bakı səmasındakı möhtəşəm uçuşlarından bəhs edilib: "Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub”.
"Milliyət” qəzetində dərc edilən "Milli füze SOM-B1 Azerbaycan Ordusunun geçit töreninde” başlıqlı məqalədə Prezident İlham Əliyevin çıxışından sitatlar verilib: "Azərbaycan Ordusu düşmənin bütün hərbi obyektlərini məhv etmək gücündədir. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək”.
"Gunəş” qəzetində dərc edilən oxşar başlıqlı məqalədə qeyd edilib ki, paradda Türkiyənin Quru Qoşunlarına məxsus hərbçilər də iştirak edib. Şəxsi heyətin ardından Azərbaycan Ordusunun sahib olduğu tanklar, zirehli texnika, reaktiv sistemlər və toplar nümayiş etdirilib. Bundan əlavə, "Yeni Şafak” qəzetində "Azərbaycan ordusu 100 yaşında”, "Turkiyə” qəzetində "Milli füzemiz Azərbaycan ordusunda”, "Aksam”da "Türk Yıldızları Bakü semalarında gösteri yaptı” və "Yeni akıt” qəzetində "Milli füzemiz o ülkenin sokaklarında sergilendi” başlıqlı məqalələr dərc edilib.
Öz növbəsində, İsrailin "The Jerusalem Post” qəzetində də paradla bağlı məqalə dərc edilib. Müəllif Arye Qut yazıb ki, "bu il Şərqin ən güclü ordularından birinin - Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümüdür. Müəllif bildirib ki, Azərbaycan öz hərbi potensialını gücləndirmək üçün sürətlə inkişaf edən iqtisadiyyatından səmərəli və düzgün istifadə etməlidir:
"Hətta Azərbaycanı tənqid edən qüvvələr və şəxslər belə, sabitliyin, dinamik inkişafın və güclü ordu quruculuğunun müasir Azərbaycana xas əsas xüsusiyyətlər olduğunu, bunların şəffaf şəkildə biri-birinə bağlılığını etiraf edir. Güclü iqtisadi inkişaf, gəlirlərin çoxalması illik xərclərin də artmasına aparıb çıxarır.
Bu xərclər yalnız son 5 ildə 7 dəfədən çox artıb. Lakin ordu quruculuğu istiqamətində fəaliyyət yalnız iqtisadi resurslardan istifadə ilə məhdudlaşmır. Azərbaycan davamlı olaraq ordunu gücləndirir, hərbi personalının peşəkarlığını, hərbi gücünü artırır. NATO ilə sıx və səmərəli əməkdaşlıq ordu quruculuğu prosesini sürətləndirmək, Silahlı Qüvvələri modernləşdirmək və onu müasir standartlara uyğunlaşdırmaq məqsədi daşıyır. Əlbəttə ki, əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağı və düşmən ermənilərin işğal etdiyi bütün bölgələri azad etməkdir. Müşahidələr göstərir ki, Azərbaycan artıq bu işdə həlledici mərhələyə daxil olub. Artıq o, hərbi üstünlüyünü reallıqda da nümayiş etdirir”.
Nüfuzlu "Reuters”, "AP”, "Washington Post” və digər bir sıra nəşrlər də paradla bağlı xəbərləri, eləcə də Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirləri öz səhifələrində yerləşdiriblər.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət