Dünya ölkələrində internetin sürəti: "Azərbaycan 33 pillə geriləyib"
08:00 03.08.2019
Arxiv
443
”Azərbaycan internetin sürətinə görə son iki ildə 33 pillə geriləyib”.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məlumat verib. O bildirib ki, İngiltərənin kifayət qədər nüfuzlu “Cable” araşdırma qurumu (cable.co.uk) yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb:
“Qurum 12 ay ərzində 208 ölkə arasında aparılan milyonlarla test nəticəsində toplanan materialları təhlil etməklə bu statistikanı açıqlayıb. Bildirim ki, “Cable” araşdırmanı apararkən “Google”, “PanetLab” və digər bu tip tanınmış qurumlarla əməkdaşlıq edir”.
Ekspert dünya üzrə internetin sürəti ilə bağlı reytinq cədvəlindən bəzi ölkələr üzrə nəticələr barədə də məlumat verib:
1. Tayvan , 85 mb/s,
2. Sinqapur 70 mb/s,
3. Estoniya 31 mb/s,
4. Polşa 24 mb/s,
5. Belarus 13 mb/s,
6. Ukrayna 7.7 mb/s,
7. Gürcüstan 7 mb/s,
8. Türkiyə 5 mb/s,
9. Ermənistan 4.8 mb/s,
10. Qazaxstan 4.6 mb/s,
11. İran 4.3 mb/s,
12. Zambiya 3.1 mb/s,
13. Azərbaycan 3.1 mb/s,
14. Zimbabve 2.7 mb/s,
15. Qırğızıstan 2.5mb/s,
16. Özbəkistan 1.3 mb/s,
17. Türkmənistan 0.7 mb/s”.
Osman Gündüz qeyd edib ki, 2019-cu ildə dünya üzrə orta sürət 11 mb/s (2018-ci ildə orta sürət 9 mb/s olub) göstərilib:
“Bu cədvəldən görünür ki, Azərbaycan 208 ölkə arasında 142-ci yeri (2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub) tutub. Yəni, ölkəmiz internet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib.
Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır. Əlbəttə, hər bir Reytinq Cədvəlində subyektivlik ola bilir. Amma nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurum hesab olunur, həmçinin onun ciddi tərəfdaşları var. Onun nəticələri İT (İnformasiya Texnologiyaları) sahəsinin qlobal oyunçuları tərəfindən qəbul edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət