Dünyanın ən təhlükəli yolu...

Heç dayanmadan 7 saat getmək lazımdır
Çində Huashan yolu dünyanın ən təhlükəli təbiət yollarından biri hesab edilir. Kimi yerlərdən az qala 90 dərəcəlik bir bucaqla dırmaşmaq məcburiyyətində qalır.
Bu yolun böyük bir hissəsi genişliyi 50 cm.i keçməyən və dağın yamaclarında salınmış taxta yollar üstündən keçilir. Tik və təhlükəli olması ilə bərabər möcüzə mənzərəsi ilə maraq cəlb edən parkurda, ən altdan təpəyə çıxa bilmək üçün çox təhlükəli yollarda heç dayanmadan 7 saat getmək lazımdır. Yüksəklik qorxusu olanların seçməməsi lazım olan bu yol, bütün dünyadan macərapərəstlərin ziyarətinə çevirilib. Hər il bir çox ölüm hadisələrinə səbəb olmasına baxmayaraq, insanların hələ ziyarətləri axın- axın davam edir...