Ebru Gündeş ayrıldı və üzüldü

Türkiyənin məşhur  müğənnisi Ebru Gündeş, TV8-də yayımlanan "O Səs Türkiyə" yarışmasının yeni mövsümündə münsif kreslosunda oturmayacağını eşitdirdi.
Acınun prodüserliyini boynuna götürdüyü "O Səs Türkiyə"də 3 ildir münsifdə olan Ebru Gündeş, ictimai media üzərindən yeni mövsümdə yarışmada yer almaycağını qeyd edib.
Münsif üzvləri Hadisə, Murad Boz, Gökhan-Hakan Özoğuz və prodüser Acın İlıcalının yer aldığı şəkili nümayiş etdirən məşhur müğənni, sağlamlıq problemi səbəbiylə bu qərarı verdiyini ifadə edib.
"3 ildir böyük bir kef, həyəcan və xoşbəxtliklə oturduğum "O Səs Türkiyə" münsif kürsüsündə bu il ola bilməyəcəyimi böyük bir kədərlə bildirmək istəyirəm. Həyatda hər kəsin başına nə gəlirsə, gəlsin sağlamlıq problemi olmadığı təqdirdə bir şəkildə həyatına və işinə davam edər, etmək məcburiyyətindədir, mən də gücümün çatdığı qədər özüm, ailəm və qrupum adına buna çalışıram.
'O Səs Türkiyə' isə böyük bir heyətlə mənimlə, və ya mənsiz vardır, həmişə də olacaq, inşallah ...Ona görə yaşadığım vəziyyətdən dolayı Acından bu il icazə istədim, o da hər zamankı kimi dəstəyiylə məni anlayışla qarşıladı. Acın və Acın Media -Tv 8 ailəsi başda olmaqla Hadisə, Murad, Gökhan və Hakan, hamınıza minnətdaram, sizləri yaxşı ki, tanıdım, yaxşı ki, həyatımdasınız və çox sevilirsiniz ..."