Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi




Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dəfn edilib.

APA-nın xəbərinə görə, mərhum Ordubad rayonunun Kələki kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 67 yaşlı H. Əliyeva ötən gün Türkiyənin İstanbul şəhərində vəfat edib.
Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi.