Rəsmi Ankara ittihamları dərhal dayandırmağı tələb edir
Edamlarda Ərdoğan izi...
21:55 08.01.2016
Arxiv
734
İranda Türkiyə prezidentinin əleyhinə yazılar dərc olunur
Rəsmi Ankara ittihamları dərhal dayandırmağı tələb edir
Rəsmi Ankara ittihamları dərhal dayandırmağı tələb edir
İran ilə Səudiyyə Ərəbistanı arasında yaranan gərginlik səbəbindən hər iki tərəf biri-birinə qarşılıqlı sanksiyalar tətbiq edir. Son olaraq ticarət əlaqələrinə də son verən İran rejimi öz vətəndaşlarına Həcc və Ümrə ziyarətini də qadağan edib.
İran hökumətinin rəsmi internet saytının yazdığına görə, iki ölkənin münasibətləri normallaşana kimi zəvvarların müqəddəs torpaqlara gedişinə icazə verilməyəcək. İran Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Cabir Ənsari, Səudiyyə Ərəbistanından gələn bütün məhsulların hamısına İrana girişinin qadağan edildiyini bildirib.
"Səudiyyə şahzadələrini Səddam Hüseynin aqibəti gözləyir”
İran İslam İnqilabının Mühafizəsi Korpusunun (SEPAH) komandan müavini və briqada generalı Hüseyn Salami Səudiyyə Ərəbistanının öz siyasətindən əl çəkməyəcəyi halda bir neçə ilə dağılacağını deyib. İranlı general Ər-Riyadın öz yaratdığı dalğa altında qalacağını əlavə edib: "Səudiyyə Ərəbistanı Səddam Hüseynin yolunu gedir. İranla müharibə edən, ruhaniləri edam edən və öz xalqını istismar edən Səddamın miskin sonluğu hər kəsə məlumdur. Səudiyyə şahzadələrini də eyni aqibət gözləyir”. Bundan əvvəl, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Məhəmməd bin Salman İranla müharibənin olmayacağını demişdi. Onun fikrincə, bu, hər iki ölkə üçün faciə olar.
Türkiyədə İran səfirini XİN-ə çağırdılar
İran mediası Ankaranı qəzəbləndirən iddia yayıb. KİV-lər yazıb ki, Türkiyə Prezidenti Ərdoğan Ər-Riyada səfər edəndən sonra orada kütləvi şəkildə şiə ruhanilər edam edilməyə başlanılıb. İddiaları əsassız sayan Türkiyənin Xarici İşlər Nazirliyi etiraz əlaməti olaraq İranın Ankaradakı səfirini nazirliyə çağırıb və bu qəbildən olan yazıların nəşrinin dayandırılmasını tələb edib: "Biz İranın rəsmi orqanları ilə bağlı KİV-də prezidentimizin səfəri ilə Səudiyyə Ərəbistanındakı edamların əlaqələndirilməsinə dair yazıları qəti şəkildə pisləyirik”. Xatırladaq ki, keçən həftə Ərdoğan Səudiyyə Ərəbistanına iki günlük rəsmi səfər edib. Ərdoğan səfər zamanı kral Salmanla görüşüb və Suriya böhranının tənzimlənməsini müzakirə edib.
ABŞ-dan kritik İran açıqlaması...
ABŞ Dövlət Departamentinin başçısı Con Kerri İranla əldə olunan nüvə sazişi ilə bağlı jurnalistlərə açıqlama verib. Kerri "Hər şey yaxşı gedərsə, sazişin qüvvəyə minməsinə bir neçə gün qalıb” deyib. Səudiyyə Ərəbistanı-İran arasında baş verən siyasi gərginlik fonunda İran xarici işlər naziri Cavad Zərif və Con Kerri arasında telefon danışığı olub. Sanksiyaların götürülməsi üçün dəqiq tarix müəyyən edilməsə də, prosesin tez bir zamanda həyata keçirilməsi qərara alınıb.
Vaşinqton İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməyib...
ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi ərəb koalisiyası tərəfindən qadağan olunmuş kaset bombasının tətbiq edilməsini heç cür şərh etməyib. Birləşmiş Ştatlar İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən də imtina edib. Kirbi sadəcə diplomatik nümayəndəlik binasına xaricdən zərər dəymədiyini bildirib. Məlumat üçün deyək ki, yanvarın 7-də İran Səudiyyə Ərəbistanı Yəməndəki səfirliyinə aviazərbə endirməkdə ittiham edib və nəticədə diplomatik missiyanın bir neçə mühafizəçisi yaralanıb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat