Əfqanıstanda partlayış:10 nəfər ölüb, 44 nəfər yaralanıb




Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən terror hücumu nəticəsində 4 nəfər ölüb, 10-u uşaq olmaqla 44 nəfər yaralanıb.

"Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Danış "Facebook”dakı səhifəsində yazıb.

Bundan əvvəl paytaxtın hava limanı yaxınlığında yerləşən, əsasən, əcnəbilərin yaşadığı və güclü mühafizə olunan "Green Village” kompleksi yaxınlığında bu gün axşam saatlarında partlayıcı maddə ilə dolu avtomobilin partladıldığı bildirilmişdi.