Əfv Komissiyasının vəfat edən üzvlərini kimlər əvəz edəcək?
21:43 13.01.2016
Arxiv
665
“Məsələyə baxılarkən həm mətbuat işçilərinin, həm də hüquq müdafiəçilərindən kimlərinsə komissiyada təmsil olunması daha yaxşı olardı”
Prezident Yanında Əfv Məsələləri Komissiyası 21 üzvdən ibarətdir. Onlardan ikisi - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Zahid Qaralov, Xalq şairi Vaqif Səmədoğlu ötən il, Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub isə bir neçə gün bundan əvvəl vəfat edib.
Maraqlıdır, hüquq müdafiəçiləri necə düşünür, hər zaman cəmiyyətin maraqla izlədiyi komissiyanın tərkibinə yenidən baxılmağa ehtiyac varmı? Qeyd edək ki, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələrindən təşkil olunan komissiyanın iclasları 11 üzv iştirak etdikdə, baş tutmuş sayılır.
Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin sözlərinə görə, komissiyanın tərkibinə yenidən baxılması məsələsi gözləniləndir. Ç.Qənizadə hesab edir ki, kimlərsə fiziki problemləri ilə bağlı komissiyanın işində iştirak edə bilmirsə, ya onlar könüllü komissiyadan getməlidir, ya da onların əvəzinə daha işlək, daha operativ çalışmaq bacarığı olan insanlar üzvlüyə salınmalıdır: "Prezident ildə bir neçə dəfə əfv sərəncamı imzalayır, humanist addım atır. Bu baxımdan Əfv Komissiyasında işlək insanların olması daha önəmlidir”. Komissiyada təmsil olunan insanların əlçatan olması məsələsinə toxunan millət vəkili Prezidentin hər zaman ictimai nəzarətə önəm verdiyini vurğulayıb: "Əfv Məsələləri Komissiyasında ictimaiyyət nümayəndələrinin olması çox önəmlidir. Doğrudur, komissiyada bir neçə şəxs var ki, onlar əlçatandırlar. Amma məsələyə baxılarkən həm mətbuat işçilərinin, həm də hüquq müdafiəçilərindən kimlərinsə komissiyada təmsil olunması daha yaxşı olardı. Ən azından informasiya əldə etmək baxımından bu faktorlar nəzərə alınmalıdır”. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov isə Əvf Məsələləri Komissiyasının tərkibi "Əfv haqqında Əsasnamə”sinə uyğun tənzimlənir. Onun sözlərinə görə, kiminsə komissiyaya daxil edilməsi, tərkibdən kənarlaşdırılması məsələsi prezidentin birbaşa səlahiyyətinə aid olan bir məsələdir: "Dövlət başçısı məqsədəuyğun bildiyi vaxtda Komissiyanın tərkibini dəyişə, yaxud da vəfat etmiş şəxsləri uyğun şəxslərlə əvəzləyə də bilər”.
S.Məmmədovun sözlərinə görə, Komissiyanın indiki say tərkibi qərarları qəbul etmək, tövsiyələr hazırlamaq üçün yetərli olduğu üçün yenilənməyə ehtiyac görülmür: "Komissiyanın tərkibində daimi vəzifəsinə görə təmsil olunanlar da var. Hüquq-mühafizə orqanlarının rəhbərlərinin hər biri Əfv Komissiyasının üzvüdür. Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə nazirləri, baş prokuror tutduğu vəzifəyə uyğun olaraq dəyişilir. Vəfat edən şəxsləri də məqsədəuyğun saydığı bir vaxtda prezident yeniləri ilə əvəzləyəcək. Onu da deyim ki, vəfat edən Komissiya üzvlərinin hər üçü öz humanistliyi ilə seçilirdi. Dəfələrlə əfv sərəncamlarının icrasında iştirak zamanı onlarla görüşmüşəm. Hər üçü əfv məsələsinə töhfə verən şəxsiyyətlər idi”.
Tutduğu vəzifədən azad edilən Eldar Mahmudovu yeni yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin avtomatik olaraq əvəzləməsi məsələsinə gəldikdə isə S.Məmmədov deyib ki, bu məsələnin də təsdiqi baxımından Sərəncamda ad dəyişikliyi olmalıdır: "Doğrudan da indiki mərhələdə Əfv Komissiyasının tərkibinin yenilənməsi məsələsi aktual mövzudur. Çünki tövsiyələrin hazırlanmasında Komissiyanın tərkibi mühüm əhəmiyyət kəsb edir. Güman edirəm ki, yaxın zamanlarda Əfv Komissiyasının rotasiyasına şahid olacağıq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat