Əhməd bəy Ağaoğlu unudulmadı - Cənab Prezident mətbuatda qaldırılan bütün məsələlərə həssas yanaşır





Bir neçə gün öncə, daha dəqiqi aprelin 6-da "Şərq” qəzetində və "Sherg.az” saytında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, böyük ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı yazı dərc edilmişdi. "Böyük fikir adamının haqqı çatır” sərlövhəli məqalədə tarixçi-alim Boran Əzizli, millət vəkili Fazil Mustafa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının böyük mütəfəkkirinin yubileyi ətrafında fikir mübadiləsini oxuculara çatdırır.

Çox gözəl faktdır ki, bu gün Prezident İlham Əliyev Ağaoğlunun 150 illik yubleyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam imzaladı.
Sərəncamda qeyd olunur ki, 2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi tamam olur.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə gƏhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Bu bir daha onu göstərir ki, ölkə rəhbərliyi Azərbaycan üçün çalışmış, Azərbaycan mücadiləsi vermiş böyük şəxsiyyətlərə, ziyalılara, dövlət adamlarına yüksək qiymət verir, onların xatirəsini əziz tutur. Bununla yanaşı Prezident hər zaman mətbuatda qaldırılan bütün məsələlərə həssas yanaşaraq, təklifləri tez zamanda qiymətləndirir.