Ekspert də dəstəklədi:" Dini icmaların ləğv edilməsi səlahiyyəti komitəyə verilməlidir"
12:16 30.06.2018
Arxiv
455
Dini icmaların ləğv edilməsinə dair səlahiyyətilərin Dövlət Komitəsinə verilməsi təklif olunur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Ədliyyə Nazirliyində 2000-ci ilə qədər qeydiyyatdan keçən dini icmaların bəzilərinin hüquqi ünvanları şəxsi ev və ya qarajdır. Ancaq qanunvericiliyə dəyişiklik ediləndən və dini icmalar Dini Komitəyə keçəndən sonra belə hallara yol verilməyib. G.İsmayılov hesab edir ki, dini icmaların dövlət qeydiyyatının ləğvi müəyyən problemlər yaradır: "Belə dini icmaların qeydiyyatını Dövlət Komitəsi ləğv edə bilməz. Bunun üçün Dövlət Komitəsi məhkəməyə müraciət etməlidir. Yaxud qeydiyyatdan keçmiş dini icmalar, dini icmaların sədrləri var ki, artıq illərdir, fəaliyyət göstərmir. Görürsən ki, dini icmanın sədri ölkədə deyil, yaxud ölkədə elmi və digər fəaliyyətlə məşğuldur. Həmin məsciddə başqa bir dini icmanın qeydiyyatı da problemə çevrilir, çünki köhnə dini icmanın sədri hüquqi prosedurlarda iştirakdan imtina edir”. Komitə nümayəndəsi deyib ki, dini icmaların ləğvi məsələsində Dövlət Komitəsinə səlahiyyət verilməlidir.
Komitənin təklifi ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı Rəşad Məmmədov Gündüz İsmayılovun tamamilə haqlı olduğunu deyib.
Hətta ilahiyyatçı bildirib ki, təkcə dini icmalar deyil, ümumilikdə dinlə bağlı bütün səlahiyyətlər Dini Komitəyə verilməlidir: "Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, Komitə dövlətin rəsmi qurumu olduğu üçün dinlə bağlı hər hansı qərar rəsmi şəkildə öz həllini tapacaq. Düşünürəm ki, Komitə icmalar və ya digər dini məsələlərdə dövlətin dinlə bağlı qanunlarını daha ciddi nəzərə alar və fəaliyyətini düzgün istiqamətdə formalaşdıra bilər. Bu baxımdan icmalarla bağlı bütün qərarların qəbuluna birbaşa Dini Komitənin nəzarət etməsini daha məqsədəuyğun görürəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi