“Hər nə qədər paradoks olsa da, qeydiyyatdan keçən virus daşıyıcılarının artması bizi sevindirir. Çünki adi vətəndaşlardan fərqli olaraq, biz ekspertlər real mənzərənin daha acınacaqlı olduğunu bilirik"
Ekspert sifilis xəstələrinin sayının artmasına sevindi
“Bu artıq 206 qadının həyatının xilası deməkdir”
“Hər nə qədər paradoks olsa da, qeydiyyatdan keçən virus daşıyıcılarının artması bizi sevindirir. Çünki adi vətəndaşlardan fərqli olaraq, biz ekspertlər real mənzərənin daha acınacaqlı olduğunu bilirik"
“Hər nə qədər paradoks olsa da, qeydiyyatdan keçən virus daşıyıcılarının artması bizi sevindirir. Çünki adi vətəndaşlardan fərqli olaraq, biz ekspertlər real mənzərənin daha acınacaqlı olduğunu bilirik"
Ötən il ərzində milli genefondumuz üçün təhlükə hesab edilən sifilis xəstəliyinə yoluxma halları artıb. İlk dəfə qoyulan sifilis diaqnozu ilə qeydə alınan xəstələrin sayı 546 nəfər təşkil edib. Məlumata görə, xəstələrin 340 nəfərini kişilər, 206-nı isə qadınlar təşkil edib.
Bəs cəmiyyət üçün bəla hesab edilən sifilisin yayılmasına səbəb nədi?
Adıçəkilən xəstəliyin artması barədə fikir bildirən "Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, burada söhbət xəstələrin sayının artmasından yox, xəstəliyin aşkarlanmasından gedir. Onun sözlərinə görə, sifilisə yoluxanlarla bağlı açıqlanan statistika bu xəstəlik daşıyıcılarının onda biridir: "Sifilisə yoluxanlarla bağlı açıqlanan rəqəmlər bu virus daşıyıcılarının artması demək deyil. Açıqlanan statistika aşkar olunanların sayını göstərir. Həmin o 546 nəfərin sifilisə nə zaman, necə yoluxması barədə bizdə heç bir məlumat yoxdur. Ola bilsin ki, həmin insanların əksəriyyətində bu xəstəlik əvvəldən də olub, amma əhəmiyyət vermədiyi üçün həkimə müraciət etməyib. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda sifilis virusu ilə yaşayan, lakin bundan xəbərsiz olan nə qədər insan var. Hətta bir çox hallarda bu virusa yoluxan insanlar əbəs yerə müxtəlif xəstəliklərdən müalicə alır. Bu müalicələr də effekt vermədiyi üçün dünyasını dəyişir. Hansı ki, müalicəsi yararsız olduğu müddətdə bir dəfə də olsun, virusa qarşı analiz vermək ağlına gəlmir. Çünki cəmiyyətdə maarifləndirmə aşağı səviyyədədir və bu cür yoluxucu xəstəliklərdən şübhələnmirlər. Bunun da səbəbi sifilis, QİÇS kimi xəstəliklərin həyat tərzi ilə əlaqələndirilməsidir. Cəmiyyətdə belə bir xof var ki, sifilisə, HİV-ə ancaq narkoman və əxlaqsız qadın yoluxa bilər. Evdar qadın bu xəstəliyə hardan yoluxsun? Hansı ki, qadınların ən çox yolunun düşdüyü ünvanların real mənzərəsi bütün cəmiyyətə məlumdur. Ginekoloji kabinetlərdə istifadə olunan alətlərin təhlükəsizliyindən əmin ola bilirikmi? Gənc qızları çıxmaq şərti ilə bütün qadınların ən azı ildə bir dəfə ginekoloqlara yolu düşür. Azərbaycandakı ginekoloji kabinetlər isə başdan - ayağa virus mənbəyidir. Sifilis, HİV, Hepatit C kimi viruslar həmin məkanlarda çox rahat şəkildə ötürülür. Abort alətləri hər nə qədər spirtlə dezinfeksiya olunsa da, viruslar yaşayır. Həmin alətlər 60-70, HİV isə 200 dərəcədə qaynadılanda isə Hepatit C məhv olur”.
Ötən illərə nisbətən sifilisə yoluxan qadınların sayındakı artıma sevindiklərini vurğulayan Z.Mustafayeva deyib ki, bu artıq 206 qadının həyatının xilası deməkdir: "Hər nə qədər paradoks olsa da, qeydiyyatdan keçən virus daşıyıcılarının artması bizi sevindirir. Çünki adi vətəndaşlardan fərqli olaraq, biz ekspertlər real mənzərənin daha acınacaqlı olduğunu bilirik. Vaxtında müalicəyə başlamaq yoluxma riskini azaltmaq deməkdir. Xəstəliyin radikal müalicəsi olmadığı üçün orqanizmdə virusun tam şəkildə ölməsi mümkün deyil. Ancaq onuni virus yükünü aşağı salmaq, immun sistemini qaldırmaq yolu ilə insanı yaşatmaq olar. Ən əsası odur ki, müalicə olunan insanların virusu başqasına ötürmə riski çox aşağıdır. Xəstəliyindən xəbərsiz insan isə başqalarını yoluxdura- yoluxdura virusun artmasına səbəb olur. Ona görə də, statistikadakı rəqəmlərin çoxluğundan narahat olmaq lazım deyil. 206 qadının, 340 kişinin qeydiyyatdan keçərək müalicə alması iki o qədər insanın bu virusa yoluxma təhlükəsindən xilas olması deməkdir”.
Ekspertin sözlərinə görə, sifilis, HİV, Hepatit C-yə yoluxan insanların ictimai qınaqdan çəkinmədən vaxtında həkimə müraciət etməsi üçün maarifləndirici tədbirlərə çox böyük ehtiyac var. Burada isə əsas yük səhiyyə işçilərinin üzərinə düşür. Hər bir həkim qəbuluna düşən xəstə ilə bu cür yoluxucu xəstəliklər barədə söhbət aparmalı, bu virusun yoluxma səbəblərini onlara aşılamalıdır: "KİV-in bu istiqamətdəki fəaliyyətini qənaətbəxş hesab etmək olar. Amma onların üzərinə çox yüklənmək olmur. Mətbuatın vəzifəsi bu barədə açıqlanan statistika və ayrı-ayrı həyat tarixçələrini oxucuların diqqətinə çatdırmaqdır. Eyni zamanda QHT-lərlə birlikdə mediada sosial çarxlar, bukletlər hazırlayıb, yaya bilərlər. Amma bizim səsimizi respublikanın ucqarlarındakı insanlar eşitməyəcək. Ölkəni qarış-qarış gəzib, insanları maarifləndirmək də bizim imkanlarımız xaricindədir. Amma informasiyaya çıxışı məhdud olan yerlərdə belə səhiyyə işçiləri əhali ilə daimi təmasda olur. Xüsusən də, ginekoloqlar və diş həkimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar avtoklabsız işləməməlidir. Bizim bəzi həkimlərimiz bu virusların yayılma səbəbindən məlumatsız olduğu, bəzən də pasiyentlərini tez-bazar müayinə edib, vaxt itirməmək üçün alətləri spirtləməklə işlərini bitmiş hesab edirlər. Bu isə ümumi işin ziyanınadır. Əgər biz tibb işçiləri ilə əl- ələ verib, maarifləndirmə tədbirləri aparmasaq, işimiz çox çətin olacaq”.
Şəymən