Ekspertdən təklif: "Rəqabət məcəlləsi qəbul olunmalıdır"
14:42 17.02.2017
Arxiv
512
"Rəqabətli iqtisadi mühitin formalaşdırıldığı cəmiyyətlərdə süni qiymət artımı mümkün deyil”.
Bunu Sherg.az-a vətəndaşların süni qiymət artımı ilə əlaqədar Prezident Administrasiyasına şikayətlərin artmasının səbəblərini şərh edərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Azərbaycanda rəqabətli mühit və inhisarçılıqla bağlı problemlər hələ də qalır:
"İnhisarçılıq olan yerdə süni qiymət artımı mümkündür. Avropa və ya Amerika praktikasına baxanda görürük ki, çox zaman orada böyük şirkətləri məhkəmələrə qiymətləri bahalaşdırdığına görə deyil, tam əksinə qiymətləri aşağı salıb, rəqabət mühitini pozduğuna görə verirlər. Onlar ittiham edirlər ki, hansısa şirkət qiymətləri aşağı salıb, müştəriləri cəlb edir, sonradan qiymətləri qaldırır. Nəzarət orqanları bunu təsdiq edirsə, məhkəmələr vasitəsilə həmin şirkətləri ciddi şəkildə cəzalandırırlar”.
N. Cəfərli söyləyib ki, məsələni rəqabətli mühitin artırılması yolu ilə həll etmək olar:
"Rəqabət məcəlləsi qəbul olunmalıdır. Bununla iqtisadi mexanizmləri də həll etmək mümkündür. Rəqabət çoxaldıqca məhsulun keyfiyyəti və qiyməti də rəqabətə uyğun olaraq tənzimlənir. Bu da, vətəndaşların xeyrinə olan məsələdir”.
Qeyd edək ki, Prezident Administrasiyasına 2016-cı ildə daxil olan müraciətlərin bir qismində vətəndaşlar məhsulların və xidmətlərin qiymətlərinin əsassız olaraq qaldırılması hallarından narahat olduqlarını bildiriblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya