Elçin Behbudovun ölümü xanımını sarsıdıb

“Komitənin bundan sonra işləyib, işləməyəcəyi müəmmalıdır”



İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri, tanınmış hüquq müdafiəçisi Elçin Behbudovun qəfil ölümü rəhbəri olduğu komitənin bundan sonrakı fəaliyyətini də sual altına qoyub.

Mətbuata adıçəkilən komitədən bildirilib ki, təşkilatın bundan sonrakı fəaliyyət istiqaməti mərhumun 40 mərasimindən sonra bəlli olacaq: "Hər şey ola bilər. Komitə bağlana da bilər, fəaliyyətini davam etdirə də bilər”.

Məlumat üçün bildirək ki, İQAK 2002-ci ildə tanınmış alimlər və hüquqşünaslar tərəfindən təsis olunub. 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən təşkilatın məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşkar etmək, onları müəyyənləşdirdikdən sonra hüquqi yardım göstərərək işgəncə vermiş güc strukturlarının əməkdaşlarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir.

Komitənin taleyi barədə "Şərq”ə danışan mərhum E.Behbudovun həyat yoldaşı qeyd edib ki, bütün işlər onun qırx mərasimindən sonra məlum olacaq: "İndi heç bir söz deyə bilmərəm. Bu komitənin işləyib-işləməyəcəyi müəmmalıdır”.

Komitənin fəaliyyətinin maddi imkana bağlı olmadığını deyən müsahiimiz diqqətə çatdırdı ki, komitənin fəaliyyətinə yardıma bağlı heç bir quruma müraciət edilməyib: "E.Behudovsuz komitəni idarə etmək çox çətindir. Hələ ki, komitəin aqibəti barədə heç nə düşünməmişik. Elçinin ölümü məni çx sarsıdıb. Görək necə olur”.

Hüquq üdafiəçisi Səadət Bənənyarlı da söyləyib ki, bu komitəin fəaliyyətinə ehtiyac var: "E.Behbudovun bir neçə köməkçsini tanıyıram. Onlar E.Behbudovla birgə müəssisələrə baxışlrda iştirak edirdlər. Monitorinqlərin aparılmasında bir yedə idilər. Ümidvaram ki, bu təşkilat öz işini davam etdirəək. Hər halda buna cəmiyyətdə də ehtiyac var. Ola bilsinki, yeni gələcək rəhbəri E.Behbudov qədər bacarıqlı olması. Hər halda bu işləri apara biləcək təşkilat üzvləri onun faliyyətini davam etdirə bilər. Əlbəttə, komitə kimi rəhbər seçsə, biz də həmin adamla işləyəcəyik. Bütün hallarda komitənin fəaliyyətini davam etdirməsi yaxşı olardı”.

Ayyət Əhməd