Elektrotexnika mallarının qiyməti də bahalaşıb
21:08 22.01.2016
Arxiv
1777
Natiq Cəfərli: “Azərbaycanda telefon və televizor istehsal olunmursa, onlar xaricdən gətirilirsə, ona böyük həcmdə vergi və gömrük rüsumu qoymaq doğru deyil”
Azərbaycan manatının növbəti dəfə ucuzlaşması və bunun fonunda dolların bahalaşması ölkədə qiymət artımını qaçılmaz etdi. Bahalaşma isə özünü daha çox elektrotexnika mallarında büruzə verdi. Hətta elektrotexnika məhsullarının satışı ilə məşğul olan bəzi mağazalar və iri ticarət mərkəzləri bir müddət qapılarını bağladılar. Hazırda isə həmin mağazalar yeni qiymətlərlə satışa başlayıb.
Bəzi mağazalar bunu etiraf etməsə də, apardığımız müşahidələr faktı təsdiqləyir. Belə ki, telefon və planşetlər, eləcə də digər elektrotexnika mallarının qiymətində 100-500 manat arasında artım var. Məsələn, ikinci devalvasiyadan əvvəl "Computex” şirkətinin 649 manata satışa çıxardığı "HTC One A9” smartfonu bu gün 960 manatdır. "iPhone 6S 16 GB Silver” smartfonu 1049 manat idisə, indi 1552 manatdır. "Apple” siçan 149,99 manata təklif edilirdisə, hazırda 221, 99 manat olub. "Apple”in planşet-kompüteri "iPad” 999,99 manat idisə, bu gün 1479,99 manata satışa çıxarılıb. "Bakuelektronics” mağazasında da qiymətlər dəyişib. 599 manata satılan "Samsung T705 16 GB” (ağ) markalı planşet 699 manata, "Samsung T805 16 GB” (ağ) markalı planşet 649 manatdan 799 manata qalxıb. Bundan başqa, ötən il 25 manata satılan qızdırıcı cihaz ikinci devalvasiyadan sonra 40 manata qalxıb.
Məsələni şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli "Şərq”ə söyləyib ki, ölkəmizdə bir il ərzində milli valyuta iki dəfə devalvasiyaya uğrayıbsa və elektrotexnika mallarının hamısı xaricdən gətirilirsə, onun qiymətinin qalxması təbiidir: "Bunun əksini düşünmək belə sadəlövhlük olardı. Çünki ölkədə elektrotexnika məhsulları istehsal olunmur. Hamısı xaricdən gətirilir. Qiymətlərin kəskin şəkildə bahalaşmasını istəmiriksə, iki mühüm addım atılmalıdır. Birincisi, rəqabət mühiti daha da genişlənməlidir. Ölkəyə mal gətirənlərin sayı artırılmalıdır. Rəqabətli mühitin genişlənməsinə çalışılmalıdır. Buna nail olmaq lazımdır. İkincisi isə ölkədə istehsal olunmayan məhsulların gömrük rüsumlarını kifayət qədər aşağı salmaq gərəkdir. Çünki gömrük rüsumları da qiymətin üzərinə gəldikdə daha çox qiymət artımı baş verir. Azərbaycanda telefon və televizor istehsal olunmursa, onlar xaricdən gətirilirsə, ona böyük həcmdə vergi və gömrük rüsumu qoymaq doğru deyil. Gömrük rüsumlarını 5 faiz, ƏDV isə ləğv etməklə qiymətlərin daha aşağı çəkilməsinə və rəqabətlilik mühitinin yaranmasına şərait yarada bilərlər”.
Ekspertin qənaətincə, elektrotexnika mallarının qiyməti getdikcə artacaq: "Çünki bəzi mağazalarda dekabrın 21-dən öncə alınmış məhsullar qalıb. Onlar da satılıb, qurtardıqdan sonra, ölkəyə yeni məhsullar gətiriləcək və artıq onları daha baha qiymətə satacaqlar”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət