Əli Nağıyevə növbəti ali hərbi rütbə verildi




Prezident İlham Əliyev Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

APA -nın xəbərinə görə, sərəncama əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.