Əmlak bazarında qiymətlər ucuzlaşıb
20:55 11.01.2016
Arxiv
1108
“Artıq mənzili ucuz alıb baha satmaq imkanı geridə qaldı”
Azərbaycanda ev satışından vergi tutulması qaydaları dəyişib. Bundan sonra evin neçəyə satılmasının vergi hesablanmasına aidiyyəti olmayacaq. Vergi satılan evin sahəsinə görə tutulacaq. Vergi Məcəlləsinə nəzərdə tutulan bu düzəliş 2016-cı il yanvarın 1-dən qüvvəyə minib. Dəyişikliyə görə, kimsə öz evində azı 5 il yaşayıbsa, o, həmin evi satanda gəlir vergisindən azad olunacaq.
Qalan hallarda evi satan gərək gəlir vergisi də versin. Vergilərin yeni hesablanma qaydası isə aşağıdakı kimidir. Yeni qaydalarda göstərilir ki, mənzilin hər m2-ə görə 15 manat vergi hesablansın. Ancaq bu məbləğ baza rəqəmi sayılır. Yəni Bakının zonaları və regionlar üzrə fərqli hesablama var. Nazirlər Kabinetinin qərarı ilə verginin tutulması məqsədilə Bakı şəhərinin ərazisi şərti olaraq 12 zonaya bölünüb. Bu zonalar paytaxtın mərkəzindən tutmuş ən ucqar nöqtələrinə qədər bütün ərazini əhatə edir. Hər bir zona üzrə ayrıca əmsal var və vergi hesablananda bu əmsallardan istifadə olunacaq. Vergi üzrə əmsallar 0,7-dən 1,5-dək dəyişir. Şəhərin mərkəzi hissələrinə aid əmsallar daha böyükdür. Qeyd edək ki, Bakı şəhərinin zonalarına müvafiq qiymət cədvəli hazırlanıb. Cədvəldə göstərilir ki, məsələn, Bakının mərkəzində - 1-ci zonada əmlak satılarkən onun 1 m2-dən tutulan vergini hesablamaq üçün 15 manat baza rəqəmi 1,5 əmsalına vurulacaq. Nəticədə hər m2-ə görə 22,5 manat vergi ödəniləcək. 2-ci zonada bu rəqəm hər m2-ə görə 21 manat olacaq və s. Bakının kənarlarında isə əksinə, verginin dərəcəsi azalacaq. Mənzilin 1 m2-i üçün vergi hesablananda 15 manat məbləğ 0,7 əmsalına vurulacaq. Yəni hər kvadratmetrdən tutulan vergi 10,5 manat təşkil edəcək. Azərbaycanda mənzil satışı ilə bağlı Vergi Məcəlləsində əvvəlcədən nəzərdə tutulsa da, bu vergi bu ilin əvvəlindən tətbiq olunmağa başlamışdı. Ancaq bu zaman ev və mənzillər satılanda evin satış qiyməti ilə vaxtilə alındığı qiymət müqayisə olunur və yaranan qiymət fərqindən vergi tutulurdu.
Yeniliklə bağlı mətbuata açıqlama verən "MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyir ki, yeni qayda daşınmaz əmlak bazarının inkişafına kömək edəcək: "Köhnə qayda mürəkkəb idi, həm hesablanması mürəkkəb idi, həm də vergisi yüksək olurdu. Bu da Vergilər Nazirliyi ilə vətəndaş arasında məhkəmə çəkişməsinə gətirib çıxarırdı”. N.İbrahimovun sözlərinə görə, əvvəlki vergi hesablanması evlərin və mənzillərin qiymətinə təsir edirdi: "15-25 min vergi hesablanırdı. Bu zaman da ya vətəndaş mənzili satmaq fikrindən daşınırdı, ya da həmin məbləği evinin üstünə gəlirdi. Ancaq indi ümumi məbləğin 1-1,5 faizini təşkil edəcək ki, bu da o qədər böyük məbləğ deyil”.
Ekspert inanır ki, yeni dəyişiklik daşınmaz əmlak bazarında qiymətləri sabit saxlayacaq: "Yeni tikililər üçün m2-ə 45 manat təklif edilib: "Bu məbləğ də zonalar üzrə əmsallara vurulacaq. Hesab edirəm ki, əvvəllər qüvvədə olan vergi qaydalarından daha təkmildir”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə yeni qaydaların daşınmaz əmlak bazarında nəyisə dəyişməyəcəyini güman edir: "Onsuz da indi daşınmaz əmlak bazarında durğunluq olduğundan, dəyişiklik ancaq pisə doğru olacaq. Vergi tətbiqi vətəndaşları qeyri-rəsmi sövdələşməyə apara bilər. Notariusda alqı-satqı rəsmiləşdirildiyi üçün, demək, satış zamanı məcburən vergi tutulacaq. Bu isə ev alqı-satqısi ilə məşğul olan maklerlərin öz fəaliyyətlərini dayandırması ilə nəticələnə bilər. Çünki alqı-satqı zamanı onların əlavə vergi xərcləri yarana bilər. Artıq mənzili ucuz alıb baha satmaq imkanı geridə qaldı, indi daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb”. Rəşad Həsənov ona da diqqət çəkir ki, xüsusilə Bakıda sənədsiz evlər də var. Onun sözlərinə görə, artıq müştərilər sənədsiz ev almağa bir o qədər də maraq göstərməsə belə, yenə də həmin evlər bazarın təklifi kimi çıxış edir. Bəs bu zaman vergi necə tutulacaq? Bu sual açıq qalır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat