Ərdoğan Abdulla Gül və Əhməd Davudoğludan inciyib - SƏBƏB
06:44 10.07.2019
Arxiv
300
“Mən Əli Babacana Ədalət və İnkişaf Partiyasında (AKP) məsləhətçi vəzifəsi təklif elədim, qəbul etmədi. Daha əvvəl isə Özbəkistan prezidenti Türkiyədən köməkçi istədi, Əli bəy bu təklifimə də müsbət cavab vermədi”.
APA -nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə AKP-nin qurucularından olan keçmiş nazir Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.
Ərdoğan Əli Babacandan yeni partiya qurub-qurmayacaqlarını soruşduğunu bildirib: “O, hazırda bunu düşünmədiklərini, amma bir platforma üzərində çalışdıqlarını söylədi. Mən də “Yolunuz açıq olsun”, - dedim. Əlavə etdim ki, bu hərəkətlə bir şey əldə etməyəcəklər, apardığımız birgə mübarizədən çəkilmək düzgün deyil. Onunla biz bəzi mövzularda, o cümlədən faiz mövzusunda da anlaşmırdıq. Milləti parçalamaq olmaz”.
Ərdoğan keçmiş prezident Abdulla Gül və keçmiş baş nazir Əhməd Davudoğlu ilə yollarının ayrılmasından da danışıb: “Baş nazir, prezident postunda olmuş şəxslərin haradan hara gəldiklərini görürük. Bu yola başlayarkən hər şey yaxşı idi, ancaq vəzifədən ayrıldıqdan sonra mənsub olduqları partiyaya üz çevirirlər”.
Türkiyə prezidenti “Babacan, Davudoğlu və Güldən inciksinizmi?” sualına “Onlardan inciməyib, kimdən inciyəcəyik? Onlar yeni sistemi, seçkiləri dəstəkləmədilər”, - şəklində cavab verib.
Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş Binəli Yıldırıımla mübarizə yoldaşı olduqlarını, ona vəzifə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media