Ərdoğan Çiprasa qalstuk hədiyyə edib






Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Aleksis Çiprasa qalstuk hədiyyə edib.
Axar.az xəbər verir ki, Çipras həmin qalstuku Kipr adasına Ərdoğanla birgə getdiyində taxacağını deyib.
O bildirib ki, Kipr böhranının həll edilməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Ərdoğan və Çipras arasında keçirilən görüşə Yunanıstan mediası olduqca geniş yer ayırıb.