Ərdoğan cütlüyü iftarda bir vətəndaşın evinə qonaq oldu - FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bəyat yoldaşı Əminə Ərdoğan iftarını açmaq üçün Hüseyn Cahit Sarğının evinə qonaq gedib.
Sarğın ailəsi tərəfindən qapıda qarşılanan Ərdoğan cütlüyü, onlar üçün qurulan yer süfrəsində oruclarını açdı. Ailə ilə söhbət edən Ərdoğan, xatirə şəkili də çəkdirdi.
Ərdoğan, ziyarətlə bağlı şəkilləri Twitter və Instagramdakı hesabından paylaşıb.
O, Twitterdəki hesabına "Bu gün iftarda Hüseyn Cahit Sarğın əmimizin və ailəsinin evinə qonaq olduq. Alicənab millətimizin süfrələrindən ramazan bərəkəti heç əskik olmasın." qeydini yazdı.