Ərdoğan, oğlunun İtaliyaya qaçdığı iddialara cavab verib

"Bu paralel rahat dayanmır, oğulum da mənim yığılmış olan milyard dollarlarımı İtaliyaya qaçırdı və oraya yerləşdi"




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bilal Ərdoğanın İtaliyaya qaçdığı iddialarına cavab verib.
 Rəcəb Tayyib Ərdoğan, Bilal Ərdoğanın İtaliyaya qaçdığı iddialarına zarafat bir dillə cavab verərək, "Maraqlı bir şey var təbii. Bu paralel rahat dayanmır, oğulum da mənim yığılmış olan milyard dollarlarımı İtaliyaya qaçırdı və oraya yerləşdi. İndi  o milyardlarla dollar hara sığdı, bilmirəm. Hər halda, paralel özləri bir yerlərə sığdırmış və oğulum buradadır. Doktorasını bitirənə qədər də İtaliyaya gedəcək, gələcək" dedi.