Ərdoğan təhlükəsizlik toplantısını çağırıb






Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik məsələlərinə həsr olunmuş toplantı çağırıb.

APA-nın "Türkiye Gazetesi”nə istinadən verdiyi məlumata görə, toplantı Ankaradakı Prezident Sarayında keçiriləcək.
İclasda baş nazir Əhməd Davudoğlu, nazirlər və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri iştirak edəcək.