Ərdoğandan Babacanla bağlı AÇIQLAMA - "Dedi ki, partiyaya qarşı bağlılıq hissimi itirmişəm"
17:15 10.07.2019
Arxiv
348
Əli Babacan mənimlə görüş tələb etdi və görüşdük. Görüş zamanı "bu seçkidən sonra istefa edəcəm, çünki partiyaya qarşı bağlılıq hissimi itirmişəm. "Bağlılıq hissinizi itirməyinizə səbəb nədir" deyəndə isə "Ölkədəki iqtisadi vəziyyət" cavabını verdi. Əlbəttə, istefa məktubunu görməmişəm, ancaq o gün də mənə bir məktub vermişdi. Orada da qurucularından olduğu AKP-dən bağlılıq hissini itirməyə başladığına görə ayrılmaq istədiyini qeyd etmişdi.
"Sherg.az"axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əli Babacanın partiya sıralarından istefası ilə bağlı danışarkən deyib.
"Bir çox şeyləri müzakirə etdik. Bir çox şəxslərlə görüşdüyünü, müxtəlif görüşlərin nəticəsi kimi bir sıra addımlar atmasından danışdı. Mən ondan "Partiya quracaqsınız?" soruşdum. "Hazırda düşünmürük, ancaq bir platforma şəklində çalışırıq" cavabını verdi. Dedim ki, bax, Əli bəy, əgər sənin bu kabinetə fayda verə biləcək fəaliyyətlərin varsa, verəcəyiniz informasiyalar varsa, biz bunlardan istifadə edərik. Mən sənə müşavirlik təklif etdim, qəbul etmədin". Daha irəli gedirəm, Özbəkistan məndən dövlət formalaşdırılmasında iştirak edəcək əməkdaş istədi, Əli bəyi təklif etdim. Özünə də söylədim, təəssüf ki, oraya da "hə" demədi.
Əli bəy AKP daxilində bəlkə də Türkiyədə ən gənc yaşda nazirlik vəzifəsi həvalə edilmiş şəxsdir. Sonrakı bütün dövrlərdə də nazir olub. Anlaşdığımız, anlaşa bilmədiyimiz bir çox mövzu olub. Bunlardan ən vacibi faiz məsələsidir. Çünki faizin bizə nə qədər zərəri olduğunu həmişə ona demişəm".
Xeyirli olsun!
"İndi Əli bəy dərhal, rahatlıqla istefasını verib, xeyirli olsun! Partiyamızdan bu formada ayrılanlar əvvəllər də olub. Hətta qrup quracaq millət vəkilləri ilə ayrılanlar da olmuşdu. Bu şəxslərin kim olduqlarını soruşsam, xatırlayarsınız? 17-18 nəfər başqalarını da qatdılar və qrup yaratdılar. Onlardan yalnız Ərkan bəyi xatırlayarsınız, digərlərini yox. Eyni şəkildə ondan sonra da ayrılanlar olub. Məsələn, biri indi cənab Kılıçdaroğlu ilə bərabərdir. Çox böyük bir eşqlə ayrılmışdı, partiyasını qurmuşdu. O da ayrıldı, ancaq alınmadı, tutmadı. Daha biri də ayrıldı, yenə tutmadı. Nəhayət, Ordudan bələdiyyə sədrliyinə namizəd oldu. Ancaq Orduda bizim namizədimiz Hilmi bəy böyük səs fərqi ilə sədr seçildi.
Bunu açıq və səmimi söyləyirəm, bizim partiyamızın oturmuş, yerləşmiş bir infrastrukturu var. Əli bəyə də dedim, "Yolunuz yolunuzdur, amma bunu unutmayın ki, bu ümməti parçalamağa haqqınız yoxdur. Siz bunu edirsiniz. Parçalanma ilə də bir yerə çıxa bilməyəcəksiniz". Bunu da dedim ki, çox gecikməyin, tez bir zamanda partiyanızı qurun. Çünki seçkiyə 4 il qalıb".
Türkiyə prezidenti, həmçinin Əli Babacan, Əhməd Davudoğlu və Abdullah Gülə qarşı bir incikliyi olub-olmasına dair suala da cavab verib:
"Bunlara qarşı inciklik olmasın, kimə qarşı olsun? Biz zəhər içsək belə, səbir etdik, əleyhlərinə bir şey danışmadıq. Prezident seçkiləri oldu. Baxın son seçkidə İstanbulda baş verənlərə, Binəli bəylə bağlı çıxıb bir tək müsbət ifadə səsləndirmədilər. Siz nəfsinizlə hesablaşın. Bu kimdir? - mənim dostum. Bununla bağlı necə ola bilər ki, kiçik bir fikir səsləndirməyim? Bundan əvvəl referendumda da "yox"a səs verdilər. Ancaq bir şey demədik. Hər kəsin etdiyi öz ayağına yazılır", - Ərdoğan bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Raxim Oşakbayev: Orta Dəhliz iki ildə 15 dəfə böyüyüb
15:12 02.10.2026
İqtisadiyyat
Novak: Rusiyada cüzi benzin çatışmazlığı var
15:04 02.10.2026
Dünya
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə