Əri silahla arxasına düşdü

Qadın yalın ayaqla 150 metr qaçıb ölümdən xilas oldu



Adanada narkotik aludəçisi olan 38 yaşlı Volkan Ocaq, mübahisə etdiyi həyat yoldaşı 32 yaşlı Nurcan Ocağı əvvəl döydü, sonra da ov tüfəngi ilə atəş açıb öldürmək istədi.

Ölümdən xilas ola bilmək üçün yalın ayaqla küçəyə qaçan gənc qadın, 150 metr irəlidəki bərbərə sığınaraq canını qurtardı.

Silah səslərini eşidən patrul keşiyi çəkən polis qrupları, prospektdə əlində tüfənglə qaçan Volkanı fərq etdi. Polisi görən Volkan, əlindəki ov tüfəngini sulama kanalına atıb ara küçələrə girərək gözdən itdi. Ölümlə burun- buruna qalan evdar qadın Nurcan da uzun müddət özünə gələ bilmədi. Bərbər salonunda çalışanlarını verdiyi ayaqqabını geyən Nurcan, ifadə üçün polis polis bölməsinə aparıldı. Həyat yoldaşının narkotik asılısı olduğunu söyləyən Nurcan, "Davamlı döyür, narkotik və spirt düşgünüdür. Öldürmək istədi, canımı zorla qurtardım” deyərək gözyaşı tökdü. Polis, hadisə yerindən qaçan əri tutmaq üçün işə başlayıb.