"Ermənilərə 1905-1906 və 1920-ci illərdə inandıq, zərbə vurdular, indi də..."




"Ermənilərə inanmaq məsələsinə birdəfəlik son qoymaq lazımdır”.

Bunu Sherg.az-a son zamanlar çox sayda ermənilərin Azərbaycana sığınacaq üçün müraciət etməsinə münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib. 

O bildirib ki, ermənilərə 1905-1906-cı illərdə inandıq, zərbə vurdular, 20-ci illərdə də eyni hal müşahidə olundu:

"Heç bir ad altında, istər "sülhpərvər”, "demokrat” və s. adlarla pərdələnən erməniyə inanmaq düzgün deyil. Adi həyat təcrübəmiz bunu göstərir. Növbəti dəfə kimlərinsə buna aldanmağı, sadəlövhlükdür və ya arxasında hansısa maraqlar durur. Əvvəl düşünürdülər ki, 20-ci illərdə kommunistlər hakimiyyətə gəlib, onların arasında heç bir problem olmayacaq, torpaq davası ola bilməz. İrəli sürdülər ki, Azərbaycan kommunistləri və erməni kommunistlər barışsınlar. Bunun üzərindən 15-20 il keçmədən həmin kommunistlər öz iddialarını ortaya qoydular. 

Dağlıq Qarabağa iddia etdilər. Bu, bizim başımıza gəlib, dərs çıxartmalıyıq. Konkret məqsəd var ortada. Bizim torpaqlarımız işğal altındadır. Ermənilər ərazilərimizdən çıxmalıdırlar. Hansı səviyyədə deyilsə, münasibət də yaradaq. Amma torpaqlarımız işğal altında olduğu müddətdə hansı ad altında olmasına baxmayaraq buna yol vermək olmaz. Bu, ancaq ki, aldanmağımıza, yumşalıb, işğal faktorunu unutmağımıza yönəlir”.

Aysel Aslan