Suriya Prezidenti Əhməd əş-Şara Dəməşqdəki Xalq Sarayında Avropa diplomatiyasının rəhbəri Kaya Kallası qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Suriya Prezident Aparatının X sosial şəbəkəsində məlumat paylaşılıb.
Qeyd olunub ki, görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də iştirak edib.
Görüş zamanı Suriya və AB arasındakı münasibətlər, onların inkişaf yolları, xüsusən də ərəb dövlətinin sabitliyinin dəstəklənməsinə, bərpasına və inkişafına töhfə verən əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Qeyd edək ki, daha əvvəl AB Suriya ərazisinin minalardan və döyüş sursatlarından təmizlənməsi üçün 51 milyon avronun ayrıldığını elan etmişdi.