Ermənistan tərəfinin yaydığı məlumat yalandır" - Müdafiə Nazirliyi





Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, "Ermənistan tərəfinin yaydığı məlumat yalandır”.


Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun ermənilərə məxsus yük avtomobilini atəşə tutması barədə məlumat yayıb.