Əsəd Cahangir: "Yazıçıların xarici dilləri öyrənməsi üçün xüsusi kursların açılması yaxşı olardı"
11:40 04.03.2019
Arxiv
852
Xəbər verdiyimiz kimi bugünlərdə Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Dövlət başçısı ötən illər ərzində mədəniyyət və incəsənət sahəsində xeyli işlərin görüldüyünü, mühüm qərarların verildiyini bəyan edib. Prezident vurğulayıb ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və bütün sahələrdə ciddi islahatlar aparılır. Ölkə rəhbəri ədəbiyyat sahəsində görülən işlərdən söz açıb və diqqətə çatdırıb ki, bu istiqamətdə ilk mühüm qərarlardan biri Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap etdirilməsi oldu:
"Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.
Prezidentin diqqət çəkdiyi məsələni "Şərq”ə dəyərləndirən tanınmış ədəbi tənqidçi Əsəd Cahangir dövlətin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirib və yeni təkliflər verib:
"Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşdə ədəbiyyata xüsusi diqqət ayrıldığını dedi. AYB sədri Anar müəllim görülən işlərə görə dövlət başçısına minnətdarlığını bildirdi və yeni təkliflər irəli sürdü. Orada yazıçılara mənzillərin verilməsi, Şüvəlan Yaradıcılıq Evinin bərpa edilməsi, Şabranda yaradıcılıq-istirahət mərkəzinin tikilməsi və s. məqamlar gündəmə gətirildi.
Mənim də bu istiqamətdə öz təkliflərim var. Məsələn, yazıçıların dərc olunduğu ədəbi-bədii orqanların maliyyə mənbələrinin gücləndirilməsi, maaşların artırılması, yazıçıların sağlamlıq problemlərinin həlli üçün pulsuz müalicənin təşkil olunması, ən istedadlı yazarların əsərlərinin xaricdə təbliğ, nəşr və təqdim edilməsi, yazarların xarici dilləri öyrənməsi üçün xüsusi kursların açılması və s. addımların atılması çox yaxşı olardı”.
Ə.Cahangir bildirib ki, klassik əsərlərin, eləcə də sovet dövründə nəşr olunmuş ən yaxşı əsərlərin latın qrafikası ilə yenidən dərc olunması çox vacib idi və mühüm problem olaraq qalırdı:
"Ötən əsrdə Azərbaycan əlifbası bir neçə dəfə dəyişib, ərəbdən latına, latından kirilə keçib. Daha sonra yenidən latına qayıtmışıq. Buna görə də nəsillər arasında mənəvi-ədəbi rabitənin qırılması təhlükəsi yaranmışdı. Yeni nəsil yazarlar sovet dövründə kiril əlifbası ilə nəşr olunan milli ədəbiyyatımızı oxumaq imkanından məhrum idi. Cənab Prezidentin 2004-cü ildə verdiyi qərar bu problemi aradan qaldırdı. Müasir dövrdə gənc nəslin klassik irsimizi və sovet dövründə edilmiş tərcümə ədəbiyyatını öyrənməsində bu qərarın çox mühüm rolu oldu. Bütün ədəbiyyat adamları adından cənab Prezidentə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu proses gələcəkdə daha müvəffəqiyyətlə davam edəcək. Vurğulamaq istəyirəm ki, xarici ölkə yazıçılarının əsərlərindən ibarət 150 cildlik əsərlərin latın qrafikası ilə dərc olunması mühüm addım olardı. Bu, ədəbiyyatımızın gələcək inkişafının təməl nöqtələrindən biridir. Çünki müasir dövrdə ədəbiyyata gələn gənc nəsil dünya ədəbiyyatını əsas etibarı ilə həmin 150 cildlikdən öyrənir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
19:20 27.08.2026
Futbol
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya