Əsədin Hələblə əlaqəsini kəsdilər



 

IŞİD, Əsəd rejiminin Hamadan Hələbə keçid yolunun ələ keçirərək , Suriya ordusunun Hələb şəhərinin mərkəziylə əlaqəsini kəsdi.

Yerli qaynaqlardan alınan məlumata görə, terror təşkilatı IŞİD bu səhər Hələbin cənub-şərqindəki, rejimin idarəçiliyində olan Safira qəsəbəsinə girdi.

Rejim gücləriylə yaşanan şiddətli qarşıdurmaların nəticəsində mahalın yarısı IŞİD-in əlinə keçərkən onlarla Suriya əsgəri girov alındı. Safira, Hələb - Hama yolu üzərində olduğuna görə rejim üçün məntiqi və strateji əhəmiyyət daşıyır.
Hələb çölünün cənub-şərqini əlində tutan Əsəd gücləri şimalda və qərbdə müxaliflər, şərqdə isə IŞİD tərəfindən mühasirə altında saxlanır. Suriya ordusu, Humus-Hələb quru yolu müxaliflərin idarəsində olduğu üçün Hələbə Hama üzərindəki bu yoldan çatırdı.

Terror təşkilatı IŞİD, Suriya ordusunun Hələbə cənub-şərqdən əlaqəsi olan quru yolunun idarəsini təmin edərək, rejimin Hama üzərindən Həlbə yolunu kəsmiş oldu.

Hələb-Hama quru yolu, son iki il içində bir neçə dəfə müxaliflər və rejim arasında dəyişdirmişdi.