“Materiallar bahalaşdıqca da, evlərin qiyməti qalxacaq. Təsəvvür edin, taxtanın kubu 180 manatdan 300 manata, armaturun qiyməti isə 700 manatdan 1050 manata qalxıb”
Ev almaq istəyənlər indi alsınlar
21:53 08.01.2016
Arxiv
1775
“Kimsə evlərin qiymətinin bundan da aşağı düşəcəyini gözləməsin”
“Materiallar bahalaşdıqca da, evlərin qiyməti qalxacaq. Təsəvvür edin, taxtanın kubu 180 manatdan 300 manata, armaturun qiyməti isə 700 manatdan 1050 manata qalxıb”
“Materiallar bahalaşdıqca da, evlərin qiyməti qalxacaq. Təsəvvür edin, taxtanın kubu 180 manatdan 300 manata, armaturun qiyməti isə 700 manatdan 1050 manata qalxıb”
Manatın ucuzlaşması fonunda dolların bahalaşması demək olar ki, əksər sahələrdə qiymət artımına səbəb oldu. Doğrudur, ilk olaraq ekspertlər bahalaşmanın mənzil bazarından yan keçəcəyini və mənzil bazarında qiymətlərin düşəcəyini söylədilər. Amma görünən odur ki, ekspertlərin rəyləri özünü doğrultmur.
Artıq mənzil bazarında da qiymətlər getdikcə yüksəlir. Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da mənzil bazarında bahalaşmanın baş verdiyini deyib. Ekspert söyləyib ki, kimsə evlərin qiymətinin bundan da aşağı düşəcəyini gözləməsin. Almaq istəyən indi alsın. Onun sözlərinə görə, manatın dəyərdən düşməsi və dolların bahalaşması ilə əlaqədar, tikinti materiallarının qiymətləri günü-gündən qalxır: "Materiallar bahalaşdıqca da, evlərin qiyməti qalxacaq. Təsəvvür edin, taxtanın kubu 180 manatdan 300 manata, armaturun qiyməti isə 700 manatdan 1050 manata qalxıb. Nə qədər ki, bu bahalıq ev qiymətlərinə təsir etməyib, insanlar mənzil almağa tələssinlər”.
Həmsöhbətimiz tövsiyə edir ki, imkanı olanlar evi indi alsınlar, sonra gec olacaq: "Çünki bunun üçün əla fürsətdir. Mənzil qiymətləri ən aşağı səviyyələrə enib. 22-23 faiz ucuzlaşma var. 2-3 ay sonra isə tam fərqli və baha qiymətlər olacaq. Daxili bazarda alqı-satqı manatla aparılır, yerli məzənnə dollar qarşısında dəyər itirdikcə, evlərin manatla qiyməti də o qədər qalxacaq”.
Masazır qəsəbəsində ev-alqı satqısı ilə məşğul olan rieltor Ruslan Turabov isə bildirib ki, həyət evlərində artıq bahalaşma müşahidə olunmağa başlayıb: "Həyət evlərini daha çox maklerlər tikib satırlar. Fərdi tikinti olduğu üçün materiallardakı qiymət artımı evin qiymətində də əks olunur. Binalarda isə vəziyyət bir az fərqlidir. Çünki qiymət kvadrat metrə görə hesablanır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat