"Hətta onunla aramızda münasibət olsaydı da, bunu dilə gətirmək kişiliyə yaraşmaz"
“Evimdə az qala qan düşmüşdü”
21:10 08.01.2016
Arxiv
1311
Meyxanaçı Samirə: “Oğlum qatil olacaqdı”
"Hətta onunla aramızda münasibət olsaydı da, bunu dilə gətirmək kişiliyə yaraşmaz"
"Hətta onunla aramızda münasibət olsaydı da, bunu dilə gətirmək kişiliyə yaraşmaz"
Bir müddət əvvəl tanınmış qadın meyxanaçı Samirə Yusifqızı ilə duet ortağı Oqtay Kamil arasında ciddi narazılıq yaşanmışdı. Meyxanaçı Samirə duet ortağı Oqtay Kamilin məclislərin birində onun barəsində səsləndirdiyi intim fikirlərə sərt reaksiya vermişdi. Hətta Samirə Kamilin səsləndirdiyi qeyri-etik ifadələri, görüntüləri sosial şəbəkəyə yerləşdirən şəxsi məhkəməyə verəcəyini də söyləmişdi.
Bu barədə sənətçi özü məlumat verərək bildirmişdi ki, artıq sözügedən məsələ ilə bağlı iş gedir:
"Həmin videonu "Youtube”a yerləşdirən adam ora yazdığı sözdən utansın. Çox ayıblar olsun ki, bizim millətə yaraşmayan sözləri həmin şəxs yazıb. Bu saat camaat başqa problemlər haqqında düşünür, gör bu tərbiyəsizlər nə işlə məşğul olurlar? Bu işi belə qoymayacağam. Həmin videonu ora yerləşdirən adam tapılacaq və lazımi cəzasını alacaq. Məhkəmədə də qətiyyən rəhmli olmayacağam. Səhərdən bütün respublika mənə zəng vurur. Bəs mənim övladlarım, yaxınlarım yoxdur? Onu bilsin ki, bu yaxınlarda cəzasını alacaq. Çalışacağam ki, bilmədiyi şeyi yazan o adam həbs olunsun”.
Xatırladaq ki, Oqtay Kamil məclislərin birində dediyi meyxanada Samirə Yusifqızı ilə intim münasibətdə olduğunu söyləmişdi.
Xanım meyxanaçı ilə əlaqə yaratdıq, maraqlandıq görək həmkarı ilə bağlı söz-söhbətin sonu nə ilə bitib? Meyxanaçı Samirə "Şərq”ə açıqlamasında məsələyə aydınlıq gətirdi: "O insanda əxlaq, mədəniyyət yoxdu. Başı xarabdır da. Elə ona görə də axır vaxtlar mən onunla bir yerdə meyxana demirdim. Çünki meyxana, qafiyə xatirinə belə şeylər deməzlər. Başa düşürəm, meyxanada hər şey olar. Amma lap elə də yox da. Kişilər belə deməyə öyrəşiblər. Mən qadınam axı, bir balaca pərdə gözləmək lazımdır. Oqtay da pərdə-mərdə bilmir. Ona görə ağzına nə gəldi deyir. Allah da şahiddir ki, bizim aramızda heç nə yoxdur. Bu söz-söhbət evimdə az qala qan salmışdı. Oğlum az qala qatil olacaqdı. Biz ayrı-ayrı dünyanın adamlarıyıq. Nə olsun ikimiz də meyxanaçıyıq. O, başqa dünyagörüşü olan insandı. Kişiyə belə ifadə işlətmək yaraşmazdı. Mən onun özü ilə də dəfələrlə bunu müzakirə etdim. Hətta onunla aramızda intim münasibət olsaydı da, bunu dilə gətirmək kişiliyə yaraşmaz. Aramızda heç nə olmayıbsa, mənim adıma belə əxlaqsız şayiə buraxması nə dərəcədə etikaya uyğundu? Ola bilər ki, mənə qarşı ürəyində hansısa istəyi olub. Ancaq əsas mənəmsə, deyə bilərəm ki, belə bir şey olmayıb və ola da bilməz. Oqtay hara, mən hara? Tamamilə başqa adamlarıq və zövqümdə deyil. Mən ona həmkarım olaraq hörmət edirdim, ailəcə dost idik. İndi heç bir salam-kəlamımız qalmayıb. Hətta Oqtayın valideynləri də ona bu məsələ ilə bağlı iradlarını bildiriblər”. Samirə aralarında olan söz-söhbətin məhkəməyə qədər gedəcəyi barədə məlumata da aydınlıq gətirdi: "Bəli, Oqtayı da, o görüntünü internetə yerləşdirən şəxsi də məhkəməyə verməyi düşünürdüm. Sonra dostlarımla məsləhət etdim. Dedilər ehtiyac yoxdu, sənə yaraşmaz. Onsuz da hamı bildi ki, bu yalandı. Yenə deyirəm, kişi bu qədər cılızlaşıb ən azı salam verdiyi qadın barədə belə söz danışmaz. Bu, kişiyə yaraşmazdı. Hətta sevgili olsaydıq da, əsl kişi bunu deməməliydi. Şükür ki, mənim alnım da, üzüm də açıqdı. Onunla aramızda heç bir münasibət olmayıb”.
Meyxanaçı Samirə bundan sonra onunla heç bir məclisdə üz-üzə gəlməməyə çalışdığını da xüsusi şəkildə vurğuladı: "O söz-söhbətdən sonra o insanı həyatımdan silmişəm. Məclislərə də dəvət alanda birmənalı şəkildə deyirəm ki, o olan məclisə mən gəlmirəm. Yəni həyatdı, bir sahənin insanlarıyıq, bəlkə təsadüfən mənim xəbərim olmadan bir məclisdə iştirak etməli olsaq da, mən sadəcə işimin xatirinə məclisdə otura bilərəm. Qaldı deyişməyə, təbii ki, lazım olsa, deyişməmiz də ola bilər. Yeri gələr, deyişmədə sözümü də ona çatdıraram, iynəsini də sözlə vuraram. O da məni yaxşı tanıyır ki, söz altında qalan insan deyiləm. Meyxanada da kimsədən zəif deyiləm. Amma yenə deyirəm ki, imkan qədər onunla eyni məkanda, məclisdə iştirak etməməyə çalışıram”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat