Evində timsah bəsləyir

Hər gün dişlərini də fırçalayır
İndoneziyada nəsili tükənməkdə olan heyvanların vətəndaşlar tərəfindən götürülərək evlərində saxlaması heyvan haqqları aktivistlərinin və təbii ətrafı qoruma təşkilatlarının reaksiyasına səbəb olub.
Paytaxt Çakartada yaşayan Steven Prasetyo evində piton ilan bəsləyir. Prasetyo onun bütün ehtiyaclarını qarşılayır. Pitonu əlləri ilə yuyur. Hətta gəzməsi üçün çölə çıxarır. İndoneziyanın Qərbi Cava əyalətindəki Bogor şəhərində yaşayan ırvan isə evində timsah saxlayır. 20 il əvvəl tapdığı bir timsaha uşağı kimi baxır. ırvan, hər gün timsahın dişlərini fırçalayır. Evin bağçasında yaşayan yaşlı timsah, ırvan və uşaqları ilə olduqca yaxşı yola gedir.