Evinə əşyalarını almağa gəldi...

Ər arvadını öldürdü və 3 polisi yaraladı





Kütahyada boşanma iddiası davam edən 30 yaşlı Nil Turan, polislərlə birlikdə evə əşyalarını götürməyə getdi. Turan, həyat yoldaşı 32 yaşlı Erkan Turan tərəfindən ov tüfəngiylə öldürüldü.

Hadisə, dünən günorta saatlarında baş verib. Həyat yoldaşı ilə aralarında boşanma iddiası olan və ayrı yaşayan 1 uşaq anası Nil Turan, polislərlə birlikdə əşyalarını almaq üçün evinə getdi. Qapını açan Erkan Turan içəri girən həyat yoldaşı Nil Turana ov tüfəngiylə atəş açdı. Ürəyinə dəyən güllədən Nil Turan hadisə yerində öldü. Erkan Turan, daha sonra polislərə doğru atəş açıb. Hadisə zamanı polis məmurları Aydın Başpınar ilə Ərdoğan yaralanıb. Bu zaman şübhəlini təsirsiz hala gətirməyə çalışan bir komissar müavini də dartışma zamanı yüngül yaralanıb. Erkan Turan nəzarətə alınarkən yaralı 2 polis xəstəxanaya çatdırılıb. Polislərin sağılıq vəziyyətlərinin yaxşı olduğu ifadə edilir. Nil Turanın cəsədi də yarılması üçün xəstəxananın meyitxanasına verilib, hadisə ilə əlaqədar istintaq başlayıb.