Türkmənistanın ağ mərmər şəhəri Aşqabat maraqlı arxitekturası və əsrarəngiz heykəlləri ilə diqqət çəkir. Şəhərin ən gerçəküstü mənzərələrindən birinə şahidlik edən mekan isə binanın ən üstündə yer alır, qəfəsli bir disko topunu xatırladan kürəsi ilə nəhəng bir quruluşa sahib olan hökumət binasıdı. Dünya səviyyəsində tanınmış və monumental bir arxitekturanın ən gözəl nümunələrindən biri olan Wedding Palace, türkmən həyatında və mədəniyyətində əhəmiyyətli bir rol oynayır. Bina üzərində yer alan və Türkmən ulduzları ilə əhatələnən nəhəng bir şüşə kürə olan kompleks minlərlə kilometr uzaqlıqdan görünür.

Binanın ilk beş mərtəbəsi dönən bir Türkmən ulduzu olaraq hazırlanıb. Geri qalan beş mərtəbə isə bu ulduzun üzərində yerləşən nəhəng bir kürə əmələ gətirir. Kürənin ətrafı da digər Türkmən ulduzları ilə əhatələnib. Olduqca kompleks bir quruluşa sahib olan binanın üzərində 32 metr diametrində şüşə kürə dünyanı təmsil edir. Şüşə kürənin hər iki səthində titanyumdan hazırlanan Türkmənistan xəritəsi diqqət çəkir. Bu kürənin ətrafını 8 tərəfli Türkmən ulduzları bəzəyir. 2011-ci ildə tikilən Toy Sarayı, hökumətə aid olmasına baxmayaraq zəngin və sirrli biri tərəfindən hazırlanmış olduğu təəssüratı yaradır.

11 mərtəbəli binanın ətrafını pilləli şəlalə bulaqları və dekoratif bitkilər bəzəyir. Wedding Palace, toy və evlilik mərasimi salonları ilə bərabər; otel, alış - veriş mərkəzi, gəlin otaqları, gözləmə otaqları, kafeteryalar və fuaye sahələri kimi bir çox yerləri özündə birləşdirir. Binada Shamchyrag olaraq bilinən ən böyük salon belə nəhəng kürənin ortasında kiçik bir işarə kimi qalır. Aşqabatdakı müasir arxitekturanın möhtəşəm bir nümunəsi olan Wedding Palace 2012-ci il Avropa Mülkiyyət Mükafatları İctimai Memarlıq kateqoriyasında Beş Ulduz Mükafatına layiq görülüb.

Wedding Palace eyni anda 7 cütlüyün toy mərasimi keçirməsinə imkan verir. Toy Sarayının iç bölgəsi; toy paltarları dükanları, avtomobil dekorasiya mağazaları, ləl-cəvahirat və milli naxış kirayəyə götürmə, fotoşəkil və gözəllik salonu, park yerləri, qeyd etmələr üçün üç salon, toylar üçün yeddi ziyafət salonu, onlarla dükan və müxtəlif xidmətlərdən əmələ gəlib. Ayrıca binada toy və ad günləri qeyd etmələri təşkil edən milli ənənələrin təqdimatına istiqamətli mədəni və metodolojik bir mərkəz də var. Arxitektura xüsusiyyətləri və funksionallığı göz önünə alındığında, Wedding Palace, Türkmən mədəniyyətini dünyayla görüşməsinin gözəl bir ənənəsini yaradır.