Fələstin XİN başçısı Beynəlxalq Ceza Məhkəməsinin prokuroru ilə görüşüb - Tarixi addım






Bu gün Fələstin xarici işlər naziri Riyad əl-Maliki Beynəlxalq Ceza Məhkəməsini (BCM)fələstinlilərə qarşı törədilən döyüş cinayətləri ilə bağlı dərhal istintaq açmağa çağırıb.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, Riyad əl-Maliki Haaqa məhkəməsinin qərargahında BCM-nin xanım prokuroru Fatu Bensuda ilə görüşüb.

O bildirib ki, bir saat davam edən görüş genişmiqyaslı və sistemli cinayətlərdən əziyyət çəkən Fələstin xalqı üçün ədalətə doğru "mühüm və tarixi bir addımdır" 
 
Qeyd edək ki, 2014-cü ilin yayında Qəzza zolağında baş verən döyüşlərdən sonra  BCM Fələstin ərazisində İsrailin törətdiyi cinayət hadisələri ilə bağlı istintaqa başlayıb.

Tərcümə etdi: Ayyət ƏHMƏD