“Fənərbaxça” Van Persi ilə maraqlanır

Hollandiyalı ulduzun yeni ünvanı Türkiyə ola bilər



Emenike, Vebo və Sou olmaq üzrə bu mövsüm forvetlerindən gözlədiyi səmərəni ala bilməyən "Fənərbaxça”nın "Mançester Yunaytet”in Hollandiyalı ulduzuna göz tikdiyi qarşıya qoyuldu.

İngilis mediasının xəbərinə görə "sarı göylülər” Robin Van Persini heyətinə qatmaq istəyir.

Dirk Kuytun "Fənərbaxça”, Vesley Sneyderin isə "Qalatasaray”da futbol həyatlarını davam etdirmələrinin, "Fənərbaxça”lı idarəçiləri, ulduz futbolçunu Türkiyəyə gətirmək mövzusunda razısalma edə biləcəklərinə inandırdığı ifadə edildi. Van Persinin vəziyyəti isə bu şəkildə masaya yatırdıldı: "Mancester Yunaytet”in başına Luis Van Qaalın gəlməsi oyunçunu həyəcanlandırdı. Çünki Van Qaal milli komandada kapitanlıq sarğısını Van Persiyə verən ad idi. Ancaq işlər çox da gözlənildiyi kimi getmədi.

Bu mövsüm 24 matçda forma geyən və 10 qol vuran 31 yaşlı forvet, keçən mövsümdən daha yaxşı bir performans ortaya qoymadı. Müqaviləsi gələn il sona çatacaq oyunçu üçün "Qırmızı Şeytanlar”ın yeni bir müqavilə təklif edib, etməyəcəkləri də naməlumdur. Aktiv futbolçuluq dövrünün son müqaviləsini edəcək Van Persiyə "sarı-göylülər” yaxşı şərtlərdə bir final müqaviləsi təqdim edə bilər və ulduz qolçunun yeni ünvanı Türkiyə ola bilər.