“Foreign Policy”: "ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır"
08:14 24.07.2021
Arxiv
476
“Otuz il ərzində ATƏT-in Minsk qrupu nəticə verməyib. Azərbaycan Silahlı Qüvvələrinin bu yaxınlarda əldə etdiyi qələbə, Ermənistanın işğalının sona çatması onun gələcək fəaliyyəti üçün heç bir şey qoymur. İndi bu, ölü strukturdur”.
“Report” xəbər verir ki, bu fikirlər ABŞ-ın “Foreign Policy” jurnalında dərc olunan və Minsk qrupunun Qarabağ münaqişəsinin həlli çərçivəsində 30 illik fəaliyyətinə həsr olunan məqalədə yer alıb.
Məqalədə deyilir ki, bu təşkilat bu illər ərzində qarşısına qoyulmuş vəzifələri həll edə bilməyib və sözün hərfi mənasında fiaskoya uğrayıb. Vurğulanıb ki, Ermənistan tərəfi hələ 2007-ci ilin noyabrında ATƏT-in Madrid konfransında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə təqdim olunan “Madrid prinsiplərin”dən imtina edib: “2020-ci ildə Ermənistan baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın işğal olunmuş ərazilərdən qovulmuş Azərbaycan vətəndaşlarının iştirakı olmadan Azərbaycanla aparılan danışıqlarda tərəf kimi çıxış etməli olduğunu söyləməklə “Madrid prinsiplərin”dən birbaşa imtina etmiş oldu. Bu bəyanat açıq şəkildə yalnız Madrid təkliflərindən yox, həm də Minsk qrupunun fəaliyyətindən imtina edilməsi demək idi”.
Məqalədə Fransa və onun bu təşkilatın həmsədri kimi fəaliyyəti tənqid olunur: “Prezident Emmanuel Makron Fransanı Minsk qrupunun həmsədri kimi geri qayıdışı olmadan diskreditisaya etdi, nüfuzdan saldı. Çünki açıq bəyanatlarla Ermənistanın tərəfini tutdu və bununla da diplomatik bitərəfliyi pozdu. Makron hətta “Mən Ermənistana və ermənilərə səslənirəm: Fransa öz rolunu oynayacaq” deməkdən də çəkinmədi”.
Nəşr yazır ki, Minsk qrupunun sonrakı müzakirələrdə hansısa rol oynaması üçün nəinki yeni həmsədrlər, hətta danışıqlar aparılmasının yeni çevrəsi tələb olunacaq. “Ancaq hadisələr çox sürətlə inkişaf edir və etməyə də davam edəcək. ATƏT-in isə çətin çoxtərəfli diplomatiyası ilə onlara çatdırması çətin olacaq. Regionun özündə iqtisadi və siyasi əməkdaşlıq təklifləri, o cümlədən Türkiyənin “altılıq platforması” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) hadisə yerindən minlərlə kilometr uzaqlıqdakı ölkələrin təqdim etdiyi siyasi sxemlərdən daha həyati və dinamikdir”, - məqalədə deyilir.
Nəşr, eyni zamanda, ABŞ səfiri Riçard E.Hoqlandın sözlərindən sitat gətirib: “Biz beşulduzlu hotellərdə qaldıq, bizə nümayəndəlik mərtəbələrində nömrələr verirdilər, bununla da əlavə xərcə düşmədən özəl yeməkxanalara və tam təmin olunmuş barlara çıxış əldə edirdik. Həmişə şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT bayrağını göstərdiyimiz və Bakı ilə İrəvana Minsk qrupunun varlığını xatırlatdığımız müddətdə yaxşı yaşayırdıq. Ancaq, düzü, çox az şey əldə edilib”.
Jurnal qeyd edir ki, münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsidir, diplomatik təcrübədə müharibələr belə sona çatır. Vurğulanır ki, Azərbaycan əhalisi Ermənistan əhalisindən üç dəfə çoxdur, ümumi daxili məhsul baxımdan isə Azərbaycan qarşı tərəfi dörd dəfədən çox üstələyir.
“Azərbaycan “orta güc” kimi nisbi diplomatik muxtariyyət qurub, Ermənistanın isə dünya səhnəsində yalnız Rusiyadam asılı vəziyyətdə qalır”, - məqalədə bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur