Fransa baş naziri: "Parisdəki terror aktları Suriyada planlaşdırılıb"





 "Parisdəki terror aktları Suriyada planlaşdırılıb”.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Fransanın baş naziri Manuel Vals deyib.
O qeyd edib ki, bu hücum Suriya ərazisində düşünülüb, planlaşdırılıb və təşkil olunub: "Terror aktları yaxın həftələrdə və aylarda təkrarlana bilər. Bütün bunlara hazır olmaq lazımdır”.
Baş nazir bildirib ki, ölkənin xüsusi xidmət orqanları Fransa və digər Avropa ölkələrinə planlaşdırılan hücumlar barədə məlumatlıdır.