“Fransa inzibati məhkəməsinin bu qərarı bir presedent ola bilər” - POLİTOLOQ
15:48 05.06.2019
Arxiv
704
Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib.
Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.
İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb.
Qeyd edək ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.
Bəzi eksperlər hesab edir ki, Fransa Femidasının bu ədalətli qərarı belə bir əminlik yaradır ki, məhkəmələr Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər belə qeyri-qanuni xartiyaları da ləğv edəcək.
Qərarı şərh edən tanınmış politoloq Nəzakət Məmmədova"Sherg.az”a söyləyib ki,
Fransanın bəzi şəhərləri separatçı rejimin nəzarətində olan Azərbaycan şəhərləri ilə qardaşlaşıb:
"Məsələn, 5 il əvvəl Şuşa şəhəri ilə Fransanın Burq Le-Valans şəhərinin dostluğu haqqında bəyannamə imzalanıb. Şuşanın "meri" Arsvik Sərkisyanla Qarabağa səfər edən Burq Le-Valans meri Marlen Murye qeyri-qanuni bir akt olan qardaşlaşma sənədinə imza atıblar. Sənəddə dünyanın heç bir dövlətinin tanımadığı işğalçı rejim "Dağlıq Qarabağ Respublikası (Arsax Respublikası)" kimi qeyd edilir və ona dəstək ifadə olunurdu. Bu, sadəcə bir misal idi. Buna aid bir neçə nümunə göstərmək olar.
Təbii ki, Minsk qrupunun həmsədri olaraq Fransa şəhərlərinin bu addımları ölkəmizdə hər zaman narazılıqla qarşılanıb.
Fransa şəhərlərinin bu kimi qeyri-qanuni əməlləri Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribat olmaqla yanaşı, Fransanın Minsk qrupu həmsədri kimi vasitəçilik missiyası ilə bir araya sığmayan hərəkətdir. Bu, Fransa-Azərbaycan əməkdaşlığına qarşı yönəlmiş təxribatçı əməllər idi.
Təqdirəlayiq haldır ki, artıq Fransa məhkəmələri bu sahədə ədalətli mövqe tutmağa başlayıblar. Fransanın Cənubi Qafqazda mühüm tərəfdaş hesab etdiyi Azərbaycanla əlaqələrinin yaxşılaşması, ölkəmizin ictimai rəyi arasında nüfuzunun yüksəlməsi üçün məhkəmənin bu doğru, ədalətli qərarı mühüm presedent ola bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol
Kaşpirovskiinin oğlu atasının dəfninə gəlməyəcək
17:24 04.10.2026
Dünya