Fransa: Polis "sarı jilet"lilərin zorakılıqla dağıdılmasını çəkən jurnalistə atəş açıb yaraladı - Video





Fransanın "Cənub Qərb"qəzetinin fotoreportyoru Ksavie Leoti polisin açdığı atəş nəticəsində ağır xəsarət alıb.

"Sherg.az""lexpress.fr"ə istinadən xəbər verir ki, Fransanın Şarant Maritim adasının Roşel şəhərində baş tutan "sarı jilet"lilərin aksiyasında yaralanıb.

Məlumata görə, polisin etirazçılara göstərdiyi basqı və təzyiqi çəkərkən polis adıçəkilən jurnalistə atəş açıb. Buna rəğmən "sarı jilet"lilərin və həmkarlarının köməyi ilə çəkiliş davam etdirilib.

K.Leotinin özü hadisə barədə mətbuata açıqlama verib və o açıqlamasında bildirib:

Polis "sarı jilet"liləri gözyaşadrıdıcı qazdan istifadə edərək dağıtmağa çalışırdı. Mən də "sarı jilet"lilərin arasında idim. Və polisin zorakı davranışlarını çəkirdim. Polis məni hədəfə alıb, dizimdən vurdu. Bu anda yerə yıxıldım və mənə "sarı jilet"lilər yardım etdilər. İndi yalnız bunu xatırlaytıram".
Roşeldəki aksiya zamanı 13 nəfər saxlanılıb.

Tərcümə etdi Ayyət Əhməd