Fransa prezidenti fotojurnalisti POLİSƏ VERDİ - Şəxsi həyata müdaxilə




Fransanın yeni prezidenti Emmanüel Makron şəxsi həyata müdaxilə və narahatetmə ittihamı ilə bu ölkə mətbuatında çalışan fotoqrafların birinə qarşı hüquq -mühafizə orqanlarına şikayət edib.

"Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, Yelisey sözçüsü məlumat verib. 

Xəbərdə deyilir ki, həmin fotoqraf prezidenti və həyat yoldaşı Brijiti tətil etdikləri Marsel şəhərində izləyib və fotolarını çəkib. 

Məlumatda o da qeyd olunur ki, bu fotojurnalist zaman-zaman prezident və xanımını motosikletlə izləyib. Hətta prezidentin təhlüksizlik xidmətinin dəfələrlə tapşırıqlarına baxmayaraq o, həyatını riskə ataraq öz niyyətini gerçəkləşdirməyə çalışıb. Ötən həftənin bazar günü isə fotojurnalist dövlət rəhbəri və xanımının şəxsi mülkünə daxil olub. Və  məlum əməlinə görə, fotojurnalist Marsel polisi tərəfindən saxlanılıb və 6 saat dindirilib.Dindirilmədən sonra isə azad buraxılıb. 

Qeyd edək ki, hazırda E.Makron həyat yoldaşı ilə birgə Brijitin Marseldəki istirahət mərkəzində
dincəlirlər.

Tərcümə etdi : Ayyət ƏHMƏD