Fuad Abbasovla bağlı Moskvada aksiya keçirilib: Şevçenko soydaşlarımızla sonadək bir yerdə olacağını bildirib
16:14 23.06.2019
Arxiv
494
Rusiyada yüzlərlə azərbaycanlı jurnalist Fuad Abbasovun həbsdə saxlanılmasına etiraz olaraq Moskvada yenidən aksiyaya başlayıb. Sherg.az xəbər verir ki, soydaşlarımz paytaxt Moskvanın mərkəzi küçələrindən olan Saxarova, ev 17 ünvanında aksiyaya qoşulublar.
Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko aksiya iştirakçıları ilə görüşərək, azərbaycanlı həmkarının azadlığa çıxması üçün soydaşlarımızla sonadək bir yerdə olacağını bildirib.
Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev Report-un yerli bürosuna açıqlamasında aksiyanın məqsədindən danışıb. O, bildirib ki, məqsəd jurnalist barədə etiraz səsini bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi